Yuxarı

Prezident açılışlarda iştirak etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna gedib.

Axar.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Xırdalan şəhərində Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və İdman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb.

Güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda Zəhmət-Ruzi MMC-nin fəaliyyəti ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlət başçısına məlumat verib.

Qeyd olunub ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb.

Bildirilib ki, Zəhmət-Ruzi MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzi, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.

Prezident İlham Əliyev müəssisə tərəfindən istehsal edilən və “SAB” -“Made in Azerbaijan” brendi altında bazara çıxarılan ət və süd məhsullarının istehsalı prosesi ilə tanış olub, hazır məhsullara baxıb.

Komplekslə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

**

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. İdman salonu zəruri avadanlıqla təchiz edilib.

Bu məktəbdə yaradılan şərait təsdiqləyir ki, son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və uğurla həyata keçirilir. Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcudlarının əsaslı surətdə yenidən qurulması nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.

Tarix
2017.11.16 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla