Yuxarı

Məmmədyarov Rusiyada həmsədrlərlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.

Report-un məlumatına görə, görüş qapalı formada Rusiya Xarici İşlər Nazirliyinin qonaq evində keçirilir.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

Danışıqlar başa çatdıqdan sonra Rusiya XİN-in müzakirələrin yekunlarına dair açıqlama yayacağı bildirilib.

"Azərbaycan münaqişənin qısa zamanda həll edilməsi və regionda dayanıqlı sülhün təmin edilməsi üçün substantiv danışıqları daim dəstəkləyir", - deyə görüşdən əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, noyabrın 14-də Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandiyan arasında görüşüb olub.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıya və Yerevana səfər edəcək. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Tarix
2017.11.16 / 12:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla