Yuxarı

Moldovalı nazir DMX-yə gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 16-da Dövlət Miqrasiya Xidmətində (DMX) olub.

DMX-dən Axar.az-a bildiriblər ki, nümayəndə heyəti əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara baxıblar. Nazir Aleksandr Jizdan muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Sonra keçirilən görüşdə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qonaqlara ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində uğurla inkişaf etdiyini, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in olduğunu qeyd edib. O, daxili işlər nazirinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi nailiyyətləri Xidmət rəisi konkret faktlarla qonağın diqqətinə çatdırıb. Tolerantlığın həyat tərzinə çevrildiyi, multikultural dəyərlərə xüsusi önəm verilən, sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən ölkəmizdə sabitliyin tam təmin edildiyini, əcnəbilərin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu deyib.

F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı söhbət açıb, miqrasiya proseslərinin idarə olunması, qanunsuz miqrasiyaya qarşı mübarizə kimi mövzularla bağlı fikirlərini bölüşüb. Bildirib ki, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə edilib. Vahid Miqrasiya Məlumat Sisteminin iş prinsipindən bəhs edən Xidmət rəisi söyləyib ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən fəaliyyəti təmin edilən Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə nəzarət olunur. Bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir.

DMX-nin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinin fəaliyyəti barədə məlumat verən Xidmət rəisi qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinə, bu istiqamətdə görülən işlərə, əldə edilən nəticələrə toxunub. F.Nəbiyev vurğulayıb ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində səylərini ilbəil artırır. İnsan alveri ilə mübarizə üzrə əsas səlahiyyətlər DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilsə də, Dövlət Miqrasiya Xidməti insan alveri qurbanlarının aşkarlanmasını dəstəkləyir. Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri zamanı insan alveri qurbanlarının olması ehtimalını nəzərə alır və onlara münasibətdə həssas yanaşma tətbiq edir. Ölkəmiz Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasını 2010-cu ildə ratifikasiya edib.

F.Nəbiyev əlavə edib ki, ölkəmiz miqrantların hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin idarə olunması və proqnozlaşdırılması məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan Avropa İttifaqı və bir neçə ölkə ilə imzaladığı readmissiya sazişləri çərçivəsində qanunsuz vəziyyətdə olan miqrantların geri qaytarılmasını həyata keçirməklə, onların insan hüquqlarının müdafiəsini də təmin edir.

Görüşdə hazırda Moldova ilə Azərbaycan arasında da readmissiya sahəsində sazişin imzalanması istiqamətində görülən işlərə dair müzakirələr aparılıb.

F.Nəbiyev ölkələrimizin müəyyən mənada oxşar problemlərlə üzləşdiyini də xatırladaraq, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, respublikamızın ötən əsrin 90-cı illərində üzləşdiyi məcburi qaçqın və köçkün problemi, Azərbaycan hökumətinin bu gün həmin şəxslər üçün yaratdığı şərait barədə də ətraflı danışıb.

Azərbaycan və Moldova hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini deyən daxili İşlər naziri Aleksandr Jizdan ölkəmizə səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu bildirib.

Görüşdə miqrasiya proseslərinin idarə edilməsi sahəsində təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, gələcəkdə qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldovanın ölkəmizdəki səfiri George Leuke görüşdə iştirak ediblər.

Tarix
2017.11.16 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla