Yuxarı

Lavrov İrəvana Qarabağa görə gedir - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov 20-21 noyabr tarixlərində Ermənistana səfər çərçivəsində bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək.

APA-nın məlumatına görə, bu, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd edilib ki, S. Lavrov İrəvanda Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan və Prezident Serj Sərkisyanla görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, müxtəlif təşkilatlarda və beynəlxalq forumlarda birgə fəaliyyət müzakirə ediləcək. S. Lavrov görüşlərdə regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini də müzakirə edəcək.

Səfər çərçivəsində Rusiya və Ermənistan xarici siyasət idarələri arasında 2018-2019-cu illər üçün məsləhətləşmə planının da imzalanması gözlənilir.

Tarix
2017.11.19 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla