Ana səhifə Siyasət |
Dünyaya gələn uşaq doğulduğu ailənin inancından asılı olaraq müvafiq dini qəbul edir. Yəni, islam ailəsində doğulan müsəlman, xristian ailəsində doğulan xristian və s. olur.
Axar.az xəbər verir ki, onkoloq-cərrah Arif Nuri hesab edir ki, insan inkişafına bioloji irsiyyətdən başqa sosial irsiyyət də təsir edir:
“ Dinlərin və digər adətlərin bu cür nəsildən nəsilə ötürülməsi sosial irsiyyətdir. Bunun nəticəsində, uşaq valideynlərindən və onu əhatə edən digər insanlardan sosial- psixoloji təcrübəni (dil, din, adət-ənənələr, davranış xüsusiyyətləri, əxlaq keyfiyyətləri və s.) mənimsəyir”.
Həkim vurğulayıb ki, insanın genetikası ilə sosial davranışlar ötürülmür:
“İnsanın mehriban, ürəyiaçıq, aqressiv, dindar, cinayətkar və s. keyfiyyətləri sosial irsiyyət nəticəsində qazanılır. Uşaq ağ vərəq kimi doğulur, bütün “yazılar” verilən tərbiyə və ətraf mühitin təsiri nəticəsində “yazılır”.
Tarix
2017.11.20 / 01:38
|
Müəllif
Firuzə Vahidqızı
|