Yuxarı

Nalbəndyan: Bakı atəşkəs müqaviləsindən çıxdı - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:45

İkitərəfli münasibətlərin bütün istiqamətləri üzrə müzakirələr apardıq.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan rusiyalı həmkarı Sergey Lavrovla bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

“Biz həmçinin regional və beynəlxalq gündəmi də müzakirə etdik. Xüsusi diqqəti Qarabağın həlli məsələsinə ayırdıq. Həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə eskalasiyanın imkan verilməməsinə yönələn Vyana, Sankt-Peterburq və Cenevrədə əldə olunmuş razılaşmaların reallaşdırılması istiqamətində səylərin artırılmasını müzakirə etdik”.

Nalbəndyan daha sonra Azərbaycanı Qarabağın həlli yollarına maneə yaratmaqda ittiham edib:

“Ermənistan bundan sonra da Rusiya və həmsədrlərlə birgə konfliktin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətini davam etdirmək niyyətindədir. Azərbaycanın tam konstruktiv olmayan mövqeyinə rəğmən danışıqları davam etdirmək lazımdır, danışıqlara alternativ yoxdur”.

Daha sonra çıxış edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov konfliktin tez bir zamanda həllinə imkan verən optimizmə sahib olmadığını bildirib:

“Bakıya səfərim zamanı həll üçün bütün komponentləri söylədim. Bütün bu elementlər danışıqlar masası üzərindədir. Komponentlər paket halında formalaşdırılıb və bunlardan biri, ikisi və ya üçünü götürüb, onların əsasında razılaşmaq mümkün deyil. Bu halda balanslaşdırılmış elementlər qüvvəsini itirir və lazımı nəticə əldə olunmur. Yaxşı məqam odur ki, prezidentlər Cenevrə görüşünün nəticələri ilə bağlı pozitiv çıxış ediblər. Vacib olan bunun irəliyə doğru addım atmaqda kömək etməsidir. Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə vəziyyətin hansı yerdə olduğunu analiz edəcək. Problem çətindir və danışıqların tez bir zamanda başa çatacağı, təəssüf ki, mümkün deyil”.

Tarix
2017.11.21 / 14:21
Müəllif
İlkin Həsənov
Oxunub
15 343
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla