Azərbaycanda Rusiya kinosu günləri başlayır
13:22
Ana səhifə Siyasət |
İrəvanda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan Prezidenti Serj Sərkisyanla görüşüb.
Axar.az xəbər verir ki, görüş zamanı Ermənistanla Rusiya arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyindən, iki ölkə arasında əlaqələrinin inkişafından danışılıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbəndyanla görüşünün təfərrüatları barədə Sərkisyanla müzakirələr aparıb.
Qeyd edək ki, Sergey Lavrov İrəvana səfəri çərçivəsində erməni həmkarı Edvard Nalbəndyanla görüşmüşdü. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə müzakirələr aparılmışdı.
Tarix
2017.11.21 / 17:10
|
Müəllif
Orxan Tağıyev
|