Yuxarı

Artıq neçənci dəfədir banklara yalvarırıq - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq neçənci dəfədir ki, banklara zəng edib seçicilərimizlə bağlı az qala yalvarırıq ki, vətəndaşa verilən vaxtı uzadın, borcunu yavaş-yavaş ödəsin. Çünki evləri satılarsa, bütün ailə çöldə qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən söyləyib. Millət vəkili banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb və onlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib:

“Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurub. Dollarla kredit götürən bir çox sadə vətəndaşın kreditlərinin qaytarılmasında ciddi problemlər yaranıb. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların evlərini girov qoyublar. Banklar da borcun qaytarılması üçün məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür”.

Q.Paşayeva bildirib ki, belə halların çoxalması cəmiyyətdə sosial gərginliyin artmasına səbəb ola bilər:

“Qazaxıstan devalvasiyadan sonra borcların ödənilməsi üçün banklara, banklar da vətəndaşlara möhlət verdi. Hökumətimizdən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdım. Bilmək istərdim ki, biz də Qazaxıstan kimi bu təcrübədən istifadə edə bilərikmi? Bu məsələnin çox sayda ailəni narahat etdiyini nəzərə alaraq hesab edirəm ki, bu istiqamətdə vətəndaşlarımıza bənzər problemlərin həllində dəstək olmalıyıq. Düşünürəm ki, hökumət onlara dəstək olmaq üçün müvafiq addımlar atmalıdır”.

Tarix
2017.11.22 / 18:02
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla