Yuxarı

Qarabağı bu format həll edəcək – Kuznetsovdan unikal şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qarabağ münaqişəsini həll etmək üçün İran və Türkiyənin yardımından istifadə edəcək.

Bu sözləri rusiyalı tarixçi və analitik Oleq Kuznetsov Lavrovun Bakı və İrəvan səfərlərinin doğura biləcəyi nəticələr haqda Axar.az-a danışarkən deyib.

“Laçın və Kəlbəcər istisna olmaqla, beş rayonun Azərbaycan tərəfinə qaytarılması təklifi 1999-cu ildən başlayaraq Rusiya tərəfindən müxtəlif tonallıqla təklif olunur. Mən sizə deyim ki, bəlkə də daha çox. 1999-2016-cı illərdə Ermənistan bu addımı atmağa yaxın idi. 1999-cu ildə İrəvanda olan terror aktından, Nair Unanyanın terror təşkilatının erməni siyasi elitasının 22 nümayəndəsini qətlə yetirəndən sonra hakimiyyətə Köçəryan– Sərkisyanın “Qarabağ planı” gəldi. Amma hətta o da 2015-ci ildə Azərbaycana güzəştə getməyə hazır idi. Lakin 2016-cı ilin aprel döyüşləri Kremlin bu təşəbbüsünün reallaşmasına imkan vermədi.

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində İrəvana daim təzyiqlər göstərir. İndi, Suriyadakı beynəlxalq terrorizmə qarşı nüfuza sahib olduğu bir dövrdə bu, daha da kəskinləşib.

Lakin bütün dünyanı silah gücünə sülhə məcbur edən “şahin” imici ilə yanaşı, Rusiya həm də beynəlxalq konfliktləri danışıqlar yolu ilə həll edə bilən “göyərçin” obrazına da sahibdir.

Buna görə də Rusiya indi Dağlıq Qarabağ mövzusuna dair obyektiv səylərini artırır və bundan sonra da artıracaq.

İndi Kreml Ön Asiya regionundakı münaqişələrin həllində prinsipial olaraq yeni taktikaya keçib. Bunu Suriyanın timsalında aydın görmək olar.

Avropa və Amerika əvəzinə Rusiya Türkiyə və İranla danışıqlar masasına oturdu, onları Suriyadakı sülhün və sabitliyin təminatçısı olaraq seçdi.

Mən əminəm ki, əgər bu regional nizamlanma modeli Suriyada özünü doğruldarsa, Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun səyləri nəticəsində deyil, İran, Türkiyə və Rusiya vasitəsilə həlli yolunu tapacaq.

Hamımız Türkiyənin Azərbaycan, İranınsa Ermənistan üzərində necə bir təsirə sahib olduğunu bilirik. Rusiya isə Cənubi Qafqaz ölkələri üçün əsas silah tədarükçüsüdür. Yəni yalnız Rusiya, İran və Türkiyə Azərbaycan və İrəvana siyasi yollarla deyil, praktiki təsir göstərə bilir. Qarabağ probleminin yeni mərhələrdə həlli yolu, məncə, məhz bu cür baş tutacaq.

İndi İrəvanın dünyada beynəlxalq arenanın sözünü dinləyən normal dialoq qurmaq qabiliyyətinə malik olan ölkə imici ilə bu konfliktə son qoymaq şansı var. Lakin o, həm də bu tarixi şansı qaçırıb bütün münasibətləri məhv edə də bilər, bu isə Ermənistanın taleyi üçün ölümcül olacaq”.

Tarix
2017.11.23 / 14:55
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla