Yuxarı

Moskvanın 5 rayon təklifində mühüm məqam

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanı danışıqlar masasına oturtmağın tək yolu hərbdir.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Arzu Nağıyev qeyd edib. Ekspert Rusiyanın Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində irəli sürdüyü beş rayon məsələsinin arxasında dayanan bəzi məqamlara işıq salıb:

“Təklifdə Azərbaycana Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının qaytarılması nəzərdə tutulur. Fikir verin, Ağdam istisna olmaqla, digər adları çəkilən rayonlar İranla həmsərhəddir. Azərbaycanın işğal olunmuş ərazilərindən İranla 143 km olan sərhədinə heç bir dövlət tərəfindən nəzarət olunmur. Diqqəti bir məqama yönəltmək istəyirəm. Əgər sabah İran sərhədlərin müzakirəsi məsələsini önə çıxarsa, bu, artıq beynəlxalq səviyyədə müzakirə olunacaq bir problemə çevriləcək. Bunu anlayan Ermənistan məhz buna görə sözügüdən məsələdə özünü sığortalamağa çalışır. Guya həmin rayonlar İranla bufer zonasıdır və gələcəkdə regionda təhlükəsizliyə təhdid yarada bilər. Reallıqda 5 rayon məsələsinin əsl mahiyyəti məhz bundan ibarətdir”.

Politoloq hesab edir ki, çox vaxt itimədən Sərkisyanı real danışıqlar masasına oturtmaq lazımdır: “Hətta lazım gələrsə, yəni İrəvan Bakıya başqa yol qoymazsa, bunu hərb yolu ilə etməliyik”.

Tarix
2017.11.23 / 16:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla