Yuxarı

Nazir buna görə çıxarıldı: ciddi dəyişiklik olacaq - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər naziri Fazil Məmmədov uzun müddət bu sahədə işləsə və vergi sahəsində kifayət qədər təcrübəsi olsa da, onun səhhətində müəyyən problemlər var idi. Ona görə də cənab prezidentin yeni təyinatı doğru qərardır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncamını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili vurğulayıb ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən öncə iqtisadiyyat nazirinin müvaini olduğundan təcrübəli kadrdır və islahatyönlü şəxsdir:

“Hesab edirəm ki, bundan sonra Vergilər Nazirliyində çox ciddi iqtisadi islahatlar gedəcək. Çünki islahatlar aparılmadan vergi sisteminin təkmilləşdirilməsi qeyri-mümkündür. Düzdür, 2016-cı ildə müəyyən islahatlar aparılıb, ancaq daha ciddi islahatlara ehtiyac var. Vergilər Nazirliyində dünya vergi sistemini bilən kadrlar olsa da, yeni nazir tərəfindən müəyyən islahatlar qaçılmaz olacaq. Hesab edirəm ki, vergi sistemində aparılacaq iqtisadi islahatlar bizneslə vergi işçiləri arasındakı münsibətlərdə müəyyən yumuşaqlıq və perspektivli, müsbət nəticələr verəcək. Əsas məsələ indi hansı komandanın formalaşdırılacağıdır. Bundan çox şey asılıdır. Yəqin ki, cənab Prezidentin özünün də bu barədə tövsiyələri olacaq”.

Millət vəkili sözügedən qurumda bir-birinin fəaliyyətini təkrarlayan idarələrlə bağlı da müəyyən addımların atılacağını bildirib:

“Ümumiyyətlə, Vergilər Nazirliyi operativ bir ştata çevrilməli və vergi sistemində islahatların aparılması yönündə Milli Məclislə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə ciddi işləməlidir. Bizim bu nazirliklə əlaqələrimiz həmişə müsbət olub, çünki vergi sistemində çox ciddi dəyişikliklər etmişik. Ancaq sistemin optimallaşdırılması, müasir dövrə uyğun qurulması üçün müəyyən ciddi islahatlara gedilməlidir. Aparatın özündə də müəyyən dəyişikliklər və struktur islahataları istisna edilmir. Bu artıq yeni nazirin səlahiyyətində olan məsələdir”.

V.Əhmədov vergi sistemində islahataların aparılması ilə bağlı komitənin xüsusi təkliflərinin olduğunu deyib:

“Təkliflər çoxdur. Bunlar əsasən vergi, əlavə dəyər vergisi, dövlət gömrük rüsumları ilə əlaqədardır. Ümumiyyətlə, Vergi Məcəlləsində müəyyən dəyişikliklərin olması mümkündür. Yəqin ki, nazirlik tərəfindən də bununla bağlı müəyyən təkliflər təqdim olunacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib.

Tarix
2017.12.06 / 12:20
Müəllif
Aygün Yusibova
Oxunub
13 737
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla