Yuxarı

Məmmədyarov-Nalbəndyan görüşü başa çatdı - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.12.06. 21:40

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını bildirib.

O qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

***

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə Vyanada görüşü başa çatıb.

Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.

Tarix
2017.12.07 / 00:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla