Yuxarı

İşdən çıxarılan icra başçıları – Siyahı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitməsinə sayılı günlər qalan 2017-ci ildə bəzi icra başçıları vəzifəsi ilə vidalaşmalı oldu.

Axar.az xəbər verir ki, bu il prezident sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb.

1 iyun tarixində Prezident sərəncamı ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov vəzifəsindən azad edilib. Elə həmin gün Kamal Cəfərov sözügedən rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Sərur rayonundan əvvəl 3 il Sədərək rayonunun icra başçısı vəzifəsini icra edən İ.Məmmədov sonuncu sərəncamdan sonra icra orqanlarından uzaqlaşıb.

Bu il icra başçısı vəzifəsi ilə birdəfəlik vidalaşan digər başçı isə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev oldu. O, 1 iyul tarixində prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunana keçmiş RİH başçısı 2000-2006-cı illərdə Xətai rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Xətai RİH rəhbəri vəzifəsindən azad edilsə də, Yasamal RİH-ə başçı gətirilib.

Yasamal RİH-nin başçısı vəzifəsi hələ də vakantdır.

İcra başçıları ilə bağlı bu il üçün hələlik sonuncu sərəncam Quba Rayon İcra Hakimiyyəti ilə əlaqədardır. Belə ki, 2 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə bu vəzifəyə təyin edilmiş Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. O, bundan öncə Ucar RİH-nin başçısı vəzifəsində çalışıb. Y.Məmmədov sonuncu sərəncamla icra orqanlarından birdəfəlik uzaqlaşdırılıb.

Elə həmin gün Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Tarix
2017.12.14 / 12:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla