Yuxarı

Bakı üçün çətindir: bir tərəfdə dost, digərində... - Trofimçuk

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə liderlərinin görüşləri Suriyanın işğaldan azad edilmiş ərazilərində administrativ-ərazi idarəetməsi məsələsi və onlara iqtisadi yardım məsələsində qarşılıqlı anlaşmanın əldə olunmasının vacibliyini göstərir.

Axar.az xəbər verir ki, bunu “Yenicağ.ru” saytına müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Daimi olaraq təxirə salınan Suriya Milli Dialoq Konqresinin parametlərinin müəyyənləşdirilməsinə aydınlıq gətirilməyib. Belə ki, muxtariyyət yaratmaq layihələrinə sahib olan kürdləri artıq prosesdən çıxartmaq və ya maksimal şəkildə buradakı rollarını formallaşdırmaq mümkün olmayacaq. Üstəlik, Vaşinqton daimi olaraq onlara yardım etməyə hazıdır. Ərdoğanla Putin arasında danışıqların digər ənənəvi hissəsi iki ölkə arasındakı iqtisadi əməkdaşlıqla bağlıdır. Buraya turizm, Türk Axını, atom stansiyasının tikintisi və sairə aiddir. Ayrıca maraq kəsb edən istiqamət Türkiyənin Qüdslə bağlı sərt mövqeyi və iki ölkə liderinin Ankaradakı bəyanatıdır.

Belə olan halda Ankaranın yaxın müttəfiqi olan Bakı çətin ki, ümumi bəyanatlardan kənarda qalsın. Təl-Əvivlə yaxın münasibətləri saxlamaqdan ötrü Bakı çox çalışmalı olacaq. Aydın olan bir şey var. Yaxın Şərqdə vəziyyət çətinləşir və daha ciddi fazaya daxil olur. Bu prosesin iştirakçıları bundan sonrakı dönəmdə necə hərəkət edəcəklərinə qərar verməlidirlər. Ağ Evin Qüds gedişi çox şeydən xəbər verir. Bu gedişi Donald Trampın qəribəliyinə bağlamaq olmaz. Çox şey hələ təzə başlayır. Daha etibarlı sülh prosesi üçün Rusiya və Türkiyə Suriyadan ABŞ-ı qovmalı olacaq”, – deyə o bildirib.

Tarix
2017.12.15 / 15:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla