Yuxarı

İrəvan bu yalan xəbərlə nəyə nail olmaq istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yalan məlumatdır və bu tipli məlumatların heç bir əsası yoxdur. Sadəcə olaraq, Ermənistanın işğal etdiyi zonada guya həyatın mövcudluğunu və xaricilər üçün cəlbedici həyatın yarandığını göstərmək üçün ortaya atılmış yalandır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə işğal altında olan Dağlıq Qarabağa səfər edən turistlərin sayının bu il 40% artdığı ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. O bildirib ki, bu gün nəinki işğal altında saxlanan Dağlıq Qarabağ, hətta Ermənistanın özü çox ağır sosial durumdadır:

“Əhali ağır vəziyyətdə yaşayır. İnfrastrukturların təmir və modernləşdiirlməsi üçün investisiya çatışmır. Dağlıq Qarabağda yaşayanlar isə sanki polis rejimi altında həyatlarına davam edirlər. Orda hər hansı turizmin inkişafından danışmağa dəyməz. Doğrudur, Ermənistan hakimiyyətində olanlar vaxtaşırı işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər edirlər. Amma xaricdən məxsusi olaraq turistlərin Ermənistanı turizm üçün seçməsi inandırıcı deyil. Burada böyük bir yalan dövriyyəyə buraxılır. Bu cür məlumatlar sadəcə olaraq Azərbaycanda narahatlıq yaratmaq üçün yayılır”.

Millət vəkili qeyd edib ki, bununla belə, torpaqlarımızın işğal altında olması indiyə qədər bizi ən narahat edən məsələ olaraq qalmaqdadır:

“Azərbaycan dövləti işğal olunmuş bölgələrə qanunsuz səfərlər edən xarici ölkə vətəndaşlarını bir qayda olaraq qara siyahıya alır. Bu isə həmin insanların sonra Azərbaycana səfər etməsinə ciddi problemlər yaradır. Eyni zamanda, işğal edilmiş bölgələrə səfər edən insanlar tanınmış şəxslər olduqda bizim xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız bununla bağlı həmin ölkənin müvafiq orqanlarına məlumat verərək, bunun qarşısının alınmasını xahiş edirlər”.

Qeyd edək ki, ötən gün işğal altında olan bölgələrə səfər edən turistlərin sayının 40% artdığı ilə bağlı informasiyalar yayılmışdı. Məlumatda ötən il bu bölgələrə gələn əcnəbilərin sayının 2015-ci ildəkindən 15% az olduğu və buna səbəb kimi Aprel döyüşləri göstərilmişdi.

Tarix
2017.12.16 / 16:37
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla