Yuxarı

İqtisadi cəhətdən çökən İrəvan Qarabağda necə zavod tikir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan siyasi-hərbi rəhbərliyi Ermənistanda bu kimi zavod və obyektlər tikə bilmir, bunu işğal olunmuş ərazilərdə həyata keçirir?

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın Baş naziri Karen Karapetyanın bir sıra obyektlərin və zavodun açılışını etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, işğal edilmiş ərazilərdə tikinti işləri, əsasən xaricdə yaşayan ermənilərin vəsaiti ilə ərsəyə gəlir:

“Ermənistanın hazırkı büdcəsi bu kimi infrastrukturun yaradılmasına yetərli deyil. Yoxsa, günü-gündən iqtisadi böhrana yuvarlanan Ermənistan ərazisində bu sosial obyektlər tikilərdi.

Sərkisyan hakimiyyəti Qarabağda tikinti işlərini aparmaqla, daxili auditoriyaya yönəlik addım atır, gələn ilin apreldə keçiriləcək parlament seçkilərində növbəti dəfə hakimiyyətdə qalmasına, baş nazir kimi yenidən ölkəni idarə etməyə çalışır”.

Politoloq qeyd edib ki, işğal olunmuş ərazilərdə əhalinin yaşaması üçün heç bir şəraitin olmaması, Azərbaycanın hərbi təzyiqləri, müharibə ehtimalının böyük olması ermənilərin Qarabağı tərk etməsinin əsas şərtləridi. Sərkisyan rejimi bu tikintiləri həyata keçirməklə, işğal olunmuş ərazilərdən köçün qarşısını almağa çalışır. Çünki buradan əhalinin köçü artdıqca hazırkı hakimiyyətin sosial dayaqları da məhv olur.

M.Əsədullazadənin sözlərinə görə, məsələnin digər önəmli cəhəti odur ki, Qarabağ konfliktinin həlli üzrə danışıqlar prosesinin aparıldığı bir vaxtda rəsmi İrəvanın Qarabağda tikinti və məskunlaşma siyasətini aparması bir daha işğalçı ölkənin ərazilərin boşaldılmasında maraqlı olmadığını göstərir:

“Bu baxımdan Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyadan münaqişənin həllində müsbət nəticə gözləməməlidir. Trampın Qüds mövqeyi onun konfliktlərə yanaşma tərzini göstərdi, Rusiya Ermənistana pulsuz silah verməklə mövqeyini illərdir ortaya qoyub, Fransada isə erməni lobbisinin təsir imkanlarını yaxşı bilirik. Hesab edirəm ki, belə məqamda Azərbaycan yalnız hərbi təzyiq vasitəsindən istifadə etməlidir”.

Tarix
2017.12.16 / 23:40
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla