Yuxarı

İlham Əliyev 5 sərəncam, 5 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:36

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Gözəl Tahir Abdolbari oğlu

Qayıbov Fərid Fazil oğlu

Məmmədov Elxan Salhab oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu

Babayev Nağı Məcidoviç

Davudov Vaqif Cəlil oğlu

Əhmədov Kamal Məhəmməd oğlu

Əliyev Qərib Tələt oğlu

Hüseynov Firat Alışan oğlu

Meftahəddinova Zemfira Əli qızı

“Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

“Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu.

***

İlham Əliyev H.D.Məmmədzadənin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081; 2014, № 4, maddə 391; 2015, № 9, maddələr 989, 1050) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1.5-ci yarımbənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 4.1.5-1-ci yarımbənd əlavə edilsin:

“4.1.5-1. Xarici Kəşfiyyat Xidməti;”.

3. 5.3-cü bənddə “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

4. Həmin strategiyaya Əlavə 2 - “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli” üzrə:

4.1. 3-cü və 11-ci bəndlərdə “MTN” akronimi “DTX” akronimi ilə əvəz edilsin və “FHN” akronimindən sonra “, XKX” akronimi əlavə edilsin;

4.2. 2-ci, 5-ci, 9-cu, 16-cı və 17-ci bəndlərdə “MTN” akronimi “DTX, XKX” akronimləri ilə əvəz edilsin.

5. “İxtisarlar:” hissəsi üzrə:

5.1. altıncı abzasda “MTN – Milli Təhlükəsizlik Nazirliyi” sözləri “DTX - Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

5.2. yeddinci – on beşinci abzaslar səkkizinci – on altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“XKX – Xarici Kəşfiyyat Xidməti;”.

***

Fərmanlar:

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun tətbiqi barədə;

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi haqqında;

***

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun tətbiqi barədə;

Tarix
2017.12.18 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla