Yuxarı

Liberman: Bakı ilə dostluğumuza görə bunu etmirik - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:15

İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib ki, onun ölkəsi erməni soyqırımını Azərbaycana görə tanımır.

Sputnik.az-ın məlumatına görə, RTVI telekanalına müsahibə verən Liberman jurnalistin "Bəzi qurumlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili "erməni soyqırımını" tanımağa çağırırlar. Siz bu məsələyə necə baxırsınız?" sualına cavab verərkən deyib ki, bu, hər şeydən əvvəl, tarixi, nəzəri, mübahisəli məsələdir.

"Mən düşünmürəm ki, bu, İsrailin bugünkü mövqeyinə təsir edən məsələdir. "Erməni soyqırımı" ilə bağlı İsrailin mövqeyi dəyişməzdir", - deyə Liberman bildirib.

Aparıcının "Bu, İsrailin Bakı ilə münasibətləri nöqteyi-nəzərindən belədir?" sualına cavabında müdafiə naziri deyib: "Əvvəla, daha çox o nöqteyi-nəzərdən ki, bu məsələ ilə bağlı çoxlu mübahisələr var, tarixi baxımdan çox suallar doğurur. İkincisi, Azərbaycanla, Bakı ilə münasibətlər bizim üçün çox böyük önəm daşıyır. Üçüncüsü, biz daha çox konkret məsələlərə baxmalıyıq".

Xatırladaq ki, Liberman lap əvvəldən İsrail-Azərbaycan əlaqələrinin inkişafına təkan verənlərdən olub. Məhz onun sayəsində İsrail siyasətinin üzünü Bakıya tərəf çevirmək mümkün olub.

Tarix
2017.12.19 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla