Yuxarı

Trofimçuk: İrəvana artıq heç kim zəmanət verə bilməz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana artıq heç kim zəmanət verə bilməz.

Axar.az xəbər verir ki, bunu “Tert.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Ermənistanın Qarabağ məsələsində hər zaman əsas tələbi ölkənin təhlükəsizliyi olub. 2016-cı ilin aprelində baş verənləri Ermənistan özünə birbaşa hücum kimi dəyərləndirir. O bilir ki, artıq təhlükəsizliyinə heç kim, hətta Moskva da zəmanət verə bilməz. Ona görə də İrəvanın nöqteyi-nəzərincə torpaqların geri verilməsindən artıq söhbət belə gedə bilməz. Ermənistan indi hər kəsdən təmas xəttində atəşin dayandırılmasına yardım edilməsini gözləyir. Bundan sonra onu yenidən inandıracaqlar ki, torpaqlar qarşılığında təhlükəsizliyinə zəmanət veriləcək. Lakin Aprel müharibəsi bunun o qədər də inandırıcı görünmədiyini ortaya qoydu. Belə zəmanəti heç kim verə bilməz. İndiki şəraitdə Ermənistana torpaqların qaytarılması ilə bağlı heç bir danışıqlar lazım deyil və Sərkisyan da bunu açıq şəkildə deyir. Bu danışıqlar yalnız Azərbaycana lazımdır, amma bu, əvvəlki kimi 20 il davam etməməlidir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İttifaqına daxil olması Qarabağ problemini həll etməyəcək:

“SSRİ zamanında respublikalar arasında ərazi problemi Moskvanın insanlıq tarixində görünməyən şəkildə sosial paketlə dövlətləri təmin etməsi ucbatından aktual deyildi. Bu gün belə şey ola bilməz. Avrasiya İttifaqı hansısa güzəştlər təqdim edir, amma sovetlərin zəmanət paketini verə bilmir. Ona görə də Azərbaycanın üzvlükdən öz ərazi bütövlüyünü bərpa etmək arzuları mümkün deyil. SSRİ bütün respublikalara etibarlı hərbi-siyasi müdafiə təminatı verirdi. Bakının Avrasiya İttifaqına üzvlüyü onun tamhüquqlu tərəfdaş kimi ərazilərlə bağlı tələbini artıra bilər. Əgər Bakı SSRİ-yə qayıtsaydı, Qarabağ ortadan qaldırılardı, lakin SSRİ artıq ölüb və bərpa oluna bilməz”.

Tarix
2017.12.22 / 15:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla