Yuxarı

Tramp Bakı ilə münasibəti necə quracaq? - Brayza

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaranan şəraitə görə, Donald Tramp Cənubi Qafqazla bağlı öz sələfi Barak Obamadan fərqli olaraq, daha aqressiv siyasət yürütməli olur.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib. Onun sözlərinə görə, ABŞ-ın “Javelin” tank əleyhinə raket komplekslərini Gürcüstana verməsi müsbət haldır.

Brayza, həmçinin, Gürcüstanın və Azərbaycanın ABŞ üçün dost ölkə olduğunu bildirib:

“Özünün xarici siyasətində Tramp Cənubi Qafqaza praktik olaraq xüsusi diqqət ayırmır. Lakin o, Konqresin Gürcüstana silah tədarükünə müqavimət göstərməyəcək. Bu o deməkdir ki, ABŞ Dövlət katibi Reks Tillerson və digər hökumət nümayəndələri Obama administrasiyasının yürütdüyü siyasəti təkrarlayırlar. Əvvəllər Obama da öz sələfi Corc Buşun Cənubi Qafqaz və Rusiya ilə münasibətlərin yenilənməsində yürütdüyü aqressiv siyasəti məhdudlaşdırmaq istəyirdi. Lakin sonradan o, Gürcüstanla yaxınlaşmanı və ABŞ-ın Cənubi Qafqazdakı mövqelərinin möhkəmləndirilməsini seçdi. Lakin Obama Tiflisə silah verməyə hazır deyildi.

Amerika demokratiyasında ölkə prezidenti Konqresin fikrini nəzərə almağa məcburdur. Ağ Evin gündəliyində Gürcüstan və Ukraynaya, ümumiyyətlə, silah satılması ilə bağlı gündəm yox idi. Görünür, Tramp Obamadan fərqli olaraq, daha aqressiv siyasəti yürütməyə məcburdur”.

Tarix
2018.01.18 / 09:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla