Yuxarı

Ankaradan Bakıya əsas: Qarabağ əməliyyatı başlaya bilər…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq dörd gündür ki, Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Türkiyə sərhədləri boyunca milli təhlükəsizliyinə təhdid yaradan terror təhlükəsinin qarşısını almağı və özü üçün tampon bölgə yaratmağı qarşısına məqsəd qoyub.

Bəs, Azərbaycan qardaş ölkənin təcrübəsindən yararlanaraq Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi?

Sabiq dövlət müşaviri Qabil Hüseynli Axar.az-a açıqlamasında Türkiyənin təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini düşünür:

“Türkiyə öz sərhədlərinin təhlükəsizliyini əsas gətirərək, Afrində anti-terror tədbirləri aparırsa, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamağıa ikiqat haqqı var. Bu nöqteyi-nəzərdən Azərbaycanın daha üstün hüquqları var. Beynəlxalq ictimai rəy də torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini birmənalı qaydada təsdiqləyir. ATƏT faktiki sülhyaratma prosesinin öhdəsindən gələ bilmir və təklif etdiyi müddəalar Bakı üçün məqbul sayıla bilməz. Üstəlik, təcavüzkara qarşı hər hansı sanksiya, təzyiq metodlarından istifadə edilmir. Belə bir şəraitdə Azərbaycan sülh danışıqlarının yalnız Ermənistana vaxt qazandırdığını əsas gətirərək və lazımı dövlətlərə xəbərdarlıq edərək öz ərazilərini azad etmək məqsədilə Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Bu, kimlər tərəfindənsə etirazla qarşılansa belə, hər hansı bir hüquqi məsuliyyət yaratmır. Türkiyənin Afrinə girməsi Fransanın təklifi ilə BMT TŞ-də müzakirə edildi. Ancaq Azərbaycanın bu addımı heç bir beynəlxalq təşkilatda müzakirə edə bilməz. Çünki Azərbaycan BMT-nin əsasnaməsinə uyğun olaraq hərəkət etmiş olacaq. Hadisələrin gedişatı da göstərir ki, bu yol məsələnin həllində ən real variantdır”.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Azərbaycanın Türkiyə təcrübəsindən istifadəyə haqqı çatır:

“Fikir verin, Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı ittiham edir. Radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni tam Türkiyəyə uyğun bir durumdur. Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda biz niyə öz ərazimizdə eyni hərbi əməliyyatlara başlayıb, işğala qon qoymayaq? Türkiyə həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl fəal diplomatik təmaslara baş vurdu. Moskva, Vaşinqton, Tehran və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı. Bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmamalıdır və bu istiqamətdə diplomatik danışıqları davam etdirməliyik. Bunun üçün qardaş dövlətdə olduğu kimi Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar”.

Tarix
2018.01.23 / 12:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla