Yuxarı

Yaponiya Bakının daxil olduğu quruma yaxınlaşır – Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya keçmiş SSRİ məkanında və ya ayrıca Cənubi Qafqazda xüsusi fəallıq nümayiş etdirmir. Yaponiyanın xarici siyasətinin əsas maraqları Uzaq Şərqdədir. Bura Çin, ABŞ və Rusiya ilə münasibətlər, o cümlədən Koreya yarımadasındakı durumun monitorinqi daxildir. Buna baxmayaraq, son illər Tokionun GUAM-a marağı artıb.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

“Yapon diplomatlar GUAM-ın beynəlxalq təşkilatlarda keçirilən toplantılarında müşahidəçi qismində iştirak edirlər. Bundan başqa, illərdir GUAM+Yaponiya formatı mövcuddur. Bu format çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirləri yaponiyalı həmkarıyla birgə görüşür və fikir mübadiləsi aparırlar. Sonunucu belə görüş ötən ilin sentyabrın 22-də olub. BMT Baş Assambleyasının builki 72-ci sessiyası çərçivəsində GUAM-Yaponiya Nazirlər Şurasının iclası keçirildi. Tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiqlədilər”, - Şahinoğlu bildirib.

Politoloq Yaponiyanın GUAM-a maraq göstərməsinin səbəblərinə də aydınlıq gətirib:

“Birincisi, Yaponiya bununla GUAM-a üzv ölkələrin hər birinin ərazi bütövlüyünü dəstəklədiyini və separatizmi pislədiyini demək istəyir. Bu dəstək GUAM üçün vacibdir.

İkincisi, Yaponiya GUAM ölkələri ilə əlaqələrini ayrılıqda inkişaf etdirməklə yanaşı, üzv 4 dövlətlə bir təşkilat çərçivəsində də dialoqunu genişləndirmək imkanı qazanır. Yaponiya 4 dövlətin ümumi maraqlarını və həyata keçirdikləri layihələri daha asan yolla özü üçün müəyyənləşdirmiş olur.

Üçüncüsü, Yaponiya balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərir. Məsələn, Yaponiya ABŞ-ın müttəfiqidir, ancaq Qərb ölkələri kimi Rusiyaya qarşı sanksiyaların hamısına qoşulmayıb, Kremllə dialoqu davam etdirir. Digər tərəfdən Yaponiya Rusiya ilə dialoqunu genişləndirməklə yanaşı, Qərbin dəstək verdiyi GUAM-la da əlaqələrini gücləndirir, Rusiya ilə gərgin münasibətləri olan Ukrayna və Gürcüstanla dialoq qurur”.

E.Şahinoğlu Azərbaycanın həyata keçirdiyi böyük regional layihələrin Yaponiyanın diqqət mərkəzində olduğunu vurğulayıb:

“Doğrudur, Yaponiya Azərbaycandan birbaşa neft və qaz almır, nəqliyyat xətlərindən istifadə etmir. Buna baxmayaraq Azərbaycanın Qərblə Şərq arasında körpü rolu oynaması və bu statusunu artırması gələcəkdə Çin mallarının Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya çatdırılması Yaponiyanın Azərbaycana marağı artırır. Yəni diplomatik təmasların intensivliyi artır. Yaponiya həmçinin Azərbaycanın türk dünyasında oynadığı rolu da nəzərə alır”.

Tarix
2018.01.23 / 14:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla