Yuxarı

Əli Kərimliyə yeni faciə lazımdır – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçüncü onilliyinə yaxınlaşdığımız milli azadlıq mübarizəsinin çox şərəfli tarixi günündə və Azərbaycanın dövlət müstəqilliyinin geridönməz xarakter aldığının hər kəs tərəfindən təsdiq olunduğu bir zamanda Əli Kərimlinin və onun bir ovuc məsləkdaşının Sovetlər Birliyinə qarşı döyüşən əfqan mücahidləri təfəkküründə hərəkət etməsi əslində təəccüb doğurmur.

Bu sözləri Axar.az-a Milli Şura təmsilçilərinin Şəhidlər Xiyabanına son ziyarəti zamanı törətməyə çalışdığı təxribata münasibət bildirən millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, Milli Şura təmsilçilərinin Şəhidlər Xiyabanının son ziyarəti zamanı törətməyə çalışdığı təxribat 27 il öncə Xalq Cəbhəsinin bir çox təmsilçilərinin hakimiyyət və şöhrət uğrundakı mübarizə səhnələrinə bənzəyirdi:

“Azadlıq Meydanından Məhsul stadionuna sığınan və etiraz aksiyalarının Şəhidlər Xiyabanını ziyarət edən yüzminlərlə insanın mütəşəkkilliyi qarşısındakı miskinliyini görən adamların alternativ mübarizə yolu qalmayıb. Keçmiş sovet respublikaları sırasında yalnız bizim ölkədə ümumxalq statusuna iddia edən qruplar vətən uğrunda canını verən şəhidləri siyasi mübarizənin alətinə çevirməyə cəhd göstərir və millətin aksiyasını hazır auditoriya sayaraq, onun üzərində çirkin təbliğatlarına tribuna düzəltməyə çalışırlar. 1990-cı ilin 20 Yanvar hadisələrinin təkrar olunması Əli Kərimli üçün uzun illər yaşadıqları müxalif yalqızılığa son qoymağın və hakimiyyətə zərbə vurmağın yeganə vasitəsi kimi görünür. Ona görə də barrikadanın önünə çıxaraq, sağa-sola səpələdikləri xaotik nitqin meydanını tapmayanda hər kəsi günahlandırmağa hazır olurlar”.

Z.Oruc qeyd edib ki, 20 Yanvar günü Şəhidlər Xiyabanına gedən insanların hamısı çox sərt hava şəraitində polis əməkdaşlarının necə nümunəvi davranışa, yüksək intizama və təşkilati tədbirlərə malik olduqlarına şahidlik edib:

“Azadlığımız üçün canını fəda edənlərin qarşısında vətəndaşlıq borcunu yerinə yetirənlər məhz belə olur. Lakin alnına şəhidlik yazılmayan, xalqın oğullarını qırğınlara verib, ölkəni büsbütün xiyabanlara çevirmək istəyənlər “Milli Şura”nın önündə gedənlərdir. Əslində, Azərbaycanı məhv etməyə hazır olan o vaxtkı İttifaq rəhbərliyinin planları elə bil Əli Kərimlinin boynuna biçilib. Adam üstündən 27 il keçəndən sonra da meydanlarda qaldırmaq istədiyi bayraq talibançıların Əfqanıstanda qurmaq istədiyi hökumətə bənzəyir. Təqvimi bütövlükdə qara günlərə çevirməyə hazır olanların başqa adı yoxdur”.

Qeyd edək ki, 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında ziyarətçilərin çoxluğu səbəbindən ictimai asayişə nəzarət edən polis qüvvələri radikallara 20 saylı məktəbin yaxınlığında bir qədər gözləməyi tövsiyə edib. Xiyabanda sıxlıq aradan qalxdıqdan sonra radikalların Şəhidlər Xiyabanına ziyarətinə şərait yaradılsa da, Milli Şura tərəfdarları polisin bu xahişini onların ziyarətinə mane olmaq cəhdi kimi qələmə verərək ictimai asayiş keşikçiləri ilə qarşıdurma yaratmağa cəhd göstəriblər.

DİN Milli Şura üzvlərinin yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarəti zamanı polis əməkdaşlarının onlara maneə yaratması barədə iddiaların heç bir hüquqi və məntiqi əsasının olmadığını bildirib.

Tarix
2018.01.23 / 14:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla