Yuxarı

Deputatdan sevindirici təklif: Avropaya rahat getməyin yolu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünklü plenar iclasında çıxışı zamanı deyib. O, xüsusən qonşu ölkələrlə bağlı viza məsələsinin həllinin labüd olduğunu bildirib:

“Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil. Bu hörmət həmin ölkənin vətəndaşlarının neçə ölkəyə vizasız getməsi ilə bağlıdır. Təklif edirəm ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız getməsi məsələsini gündəmə gətirək. Gürcüstan bu məsələni həll edib. Azərbaycan vətəndaşlarının İran, Türkiyə ilə viza məsələsi tamamilə aradan qaldırılmalıdır”.

Millət vəkili bu günlərdə Avropa Parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasının böyük uğur olduğunu vurğulayıb:

“Bu münasibətlə, Oqtay müəllim, sizi və deputat həmkarlarımı təbrik edirəm. Bu, Azərbaycan üçün çox önəmli məsələdir. Avropa Parlamentinin 60 üzvü Azərbaycanla dostluq qrupuna üzv olub. Bu sayın artmasını arzu edirik. Azərbaycana qarşı əks-təbliğat kampaniyasının genişləndiyi vaxtda bu, çox böyük uğurdur. Hökumətimiz çalışmalıdır ki, təkcə diplomatlar və xidməti pasport daşıyıcıları yox, Azərbaycan Respublikasının vətəndaşları da Avropa ölkələrinə vizasız gedə bilsinlər”.

Tarix
2018.02.13 / 17:37
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla