Yuxarı

Sərkisyanın son cəhdləri – Döyüşçülərə məktub

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyan Qarabağ döyüşçülərinin 7-ci qurultayına məktub ünvanlayıb və bununla da heç bir yeniliklə, fərqli mesajlarla yadda qalmayan fikirləri ilə bir növ özünü bu döyüşçülərdən ayrı hiss etmədiyini diqqətə çatdırıb.

Ancaq xarici təhlükəsizlik, Azərbaycanda prezident seçkilərinin müzakirə olunduğu bir vaxtda Serjikin qurultaya bu məzmunda namə ünvanlaması qeyri-adi təsir bağışlayıb və gözlənilən təhlükələrin reallığı haqqında konkret təsəvvürlər formalaşdırıb. Çünki Sərqisyanın bu namə ilə əsas məramı yalnız Qarabağdakı tərəfdaşlarının “inventarlaşdırılmasından”, hakimiyyət problemlərində ona yardımçı olacaq adamları, yaxud “vasitələri” barmaqla göstərməsindən ibarət olub.

Bu gün Ermənistanda hamı çox yaxşı başa düşür ki, Serjik həlledici mərhələdə mübarizəyə kifayət qədər məhdud resurslarla qatılıb. O, kapitalın əhatəsində, yaxud mühasirəsindədir. Ona görə də proseslərə daha böyük maddi vəsaitə malik oyuncuları çəlb etməklə, əslində, vəziyyəti bir növ rəngarəngləşdirmək, nisbətən yüngülləşdirmək və gərginliyi azaltmaq, bununla da, mümkün sayılan, yaxud ehtimal olunan pul sövdələşmələri risqini minimuma endirmək niyyəti güdüb.

Hazırda Ermənistanda faktiki olaraq üç böyük mərkəz var: erməni-rus kapitalı, buraya Rusiya dövlət korporasiyası daxildir; erməni oliqarxları; nəhayət, proseslərə yeni cəlb edilən Armen Sərkisyan və onun maddi bazası. Bu vəsaiti şərti şəkildə Qərb kapitalı da adlandırmaq olar.

Serj Sərkisyanın sərgilənən bu kimi böyük maliyyə resursları qarşısında heç bir üstünlüyü yoxdur. Ona maddi blokadanı yarmaq üçün alternativ resurslar lazımdır. Döyüşçülərin 7-ci qurultayına göndərilən məktub da əslində bu məqsədlə qələmə alınıb və kapital cəbhəsinə qarşı altenativ olaraq Qarabağdakı hərbi-siyasi resusları meydana daşımaq məqsədi güdüb. Bununla, Sərksyan maliyyə kapitalı düşərgəsində yalqız olmadığına eyham vurub, siyasi balansı öz xeyrinə yönləndirməyə cəhd göstərib və nəhayət, cəmiyyətdə onun haqqında formalaşan “axsaq ördək” obrazını psixoloji hücumlarla dəyişmək niyyəti güdüb.

Karabakh.tv

Tarix
2018.02.15 / 10:42
Müəllif
İbrahim Rüstəmli
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla