Yuxarı

Qarabağ savaşı başlayır: Rusiya qarışmır, ABŞ isə... - Trofimçuk

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda müharibənin yenilənməsi təhlükəsi həqiqətən mövcuddur.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll yoxdur.

Qarabağ Azərbaycanın daxili siyasətində ciddi problemdir və Azərbaycanın davranışında əsas faktor hesab edilir. Qarabağ məsələsi Ermənistan üçün də çox vacibdir, amma birinci yerdə dayanmır. Əgər biz Aprel müharibəsində Azərbaycanın bəzi əraziləri öz nəzarəti altına almasını nəzərə almasaq, o zaman indiki situasiyanın Ermənistan üçün sərfəli olduğunu deyə bilər. Ona görə ki, Azərbaycan Aprel savaşında Qarabağı geri qaytara bilmədi. Ermənistan və Azərbaycan arasında Qarabağ məsələsinə münasibətdə bu cür fərq qaldığı müddət ərzində bu disbalans situasiyanı partladacaq.

Mən çoxdan demişəm ki, biz gərək təkcə Qarabağa yox, digər istiqamətlərə də nəzər yetirək. Fərqli istiqamətlərdən biri Naxçıvan ola bilər. Bu isə müharibədə balansın bərpası vasitəsi ola bilər. Əgər Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa, Ermənistanın situasiyanı Naxçıvan ətrafında gərginlik yaradaraq balanslaşdırması mümkündür.

Rusiya konfliktə heç bir tərəfdən, özəlliklə Ermənistan tərəfindən - onun Moskvanın müttəfiqi olduğunu nəzərə alaraq belə - qoşulmayacaq. Digər tərəfdən, əgər Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsa, o zaman Azərbaycan tərəfindən müharibəyə ciddi güc mərkəzləri – ilk növbədə isə Türkiyə və ABŞ müdaxilə edəcək”, – deyə o bildirib.

Tarix
2018.03.01 / 13:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla