Yuxarı

Məmmədyarov Urban Rusnakı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnakı qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulmasına dair sənədin təqdim edildiyini bildirən U. Rusnak bu qanun layihəsinin enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə “Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacağını ifadə edib.

Azərbaycanın etibarlı tərəfdaş kimi enerji təhlükəsizliyində oynadığı rolu təqdir edilib və TANAP layihəsinin tezliklə fəaliyyətə başlayacağı qeyd olunaraq, TAP layihəsi üzrə işlərin qrafik üzrə getdiyi diqqətə çatdırılıb.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sırasında enerji təhlükəsizliyi və təminatı məsələsinə xüsusi diqqət yetirdiyi və milli səviyyədə mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.

Həmçinin, görüşdə qlobal enerji bazarında vəziyyət, neft bazarının sabitləşməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

U. Rusnak təşkilatın gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlar və təsisatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.

Tarix
2018.03.15 / 21:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat xarakterli aksiya planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla