Yuxarı

Rasizadə hesabat verir: Qarabağın hərbi yolla həlli

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət nəticəyə nail olmamışıq. Dövlət başçısı hamımız üçün ağır olan bu məsələni daim nəzarətdə salxayır.

Axar.az xəbər verir ki, bu sözləri Baş nazir Artur Rasizadə Milli Məclisdə hesabat çıxışında deyib.

O bildirib ki, münaqişənin sülh yolu ilə yanaşı, müharibə yolu ilə həlli məsələsi diqqətdə saxlanılır:

“Buna görə hərbi hazırq üçün ayrılan vəsaitin həcmi artırılıb. Müdafiə sənayesinə ayrılan vəsait 13.5 dəfə artırılıb. Bu gün hərb sahəsində ölkəmizdə istehsal edilən bir sıra məhsullar xaricə ixrac edilir”.

Baş nazir qeyd edib ki, son 14 ildə ümumi daxili məhsul 3,2 dəfə, sənayə məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, banklardakı əmanətlər 30 dəfə artıb.

Baş nazirin sözlərinə görə, bu müddət ərzində 1 milyon 900 mindən çox yeni iş yeri açılıb:

“Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, dövlət sosial müdafiə fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Ötən il Əsrin Müqaviləsi üzrə xarici tərəfdaşlarla birgə danışıqlar yekunlaşıb və Azərbaycana sərfəli şərtlərlə 2050-ci ilə qədər uzadılıb. Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli istiqamətində də işlər görülüb. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə yüksəldilib. Əhalinin elektrik enerji ilə təminatı siyasətimizin əsas priroriteti olub, yeni stansiyalar istifadəyə verilib, 50 min km-ə qədər elektrik xətti çəkilib. Ənənəvi sənaye sahələri ilə yanaşı yeni sənaye sahələri də yaradılıb, qeyri-neft sektorunun inkişafı üçün sənaye parkları, kompleksləri yaradılıb. Son 14 ildə müasir tələbələrə cavab verən yeni müəssisələr istifadə verilib. Dövlət başçısı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsini əsas prioritet hədəflərindən birinə çevirib. Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul edilib.

Son 14 ildə görülmüş işlər effektini verib, taxıl, pambıq, yumurta və digər kənd təsərrüfatı məhsullarının istehsalı artıb. 2004-2017-ci illərdə 1960 subartezian quyusu qazılıb, bu sahəyə 4.3 milyon manat vəsait cəlb edilib”.

Tarix
2018.03.16 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla