Yuxarı

Daha 3 nəfərə namizədlik vəsiqəsi verildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün daha üç prezidentliyə namizədə namizədlik vəsiqəsi təqdim edilib.

Axar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevə namizədlik vəsiqələrini təqdim edib.

Bundan əvvəl isə namizədlik vəsiqələri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc və Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadəyə təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.

Tarix
2018.03.19 / 16:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla