Yuxarı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.12 09:55

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi seçkidə qazandığı qələbə münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu bardə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Səsvermənin nəticəsi seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasətlə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan dövlətlərinin münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək”, - təbrikdə qeyd olunub.

Lukaşenko həmçinin İlham Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutulan planların həyata keçirilməsində uğurlar arzulayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edirəm.

Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko özünün Tvitter səhifəsində yazıb.

“Ümid edirəm ki, Ukrayna-Azərbaycan strateji əməkdaşlığı daha da möhkəmlənəcək. Prezident Əliyevi səbirsizliklə Kiyevdə gözləyirəm!”, - Poroşenko bildirib.

Qeyd edək ki, ötən gün seçkilərin ilkin nəticəsi açıqlanandan dərhal sonra Rəcəb Tayyib Ərdoğan telefon açaraq, İlham Əliyevi təbrik etmişdi.

***

Rusiya Prezidenti Vladimir Putin, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Moldova Prezidenti İqor Dodon, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.

***

Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov və Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Sani, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan Prezidenti İlham Əliyevi ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

***

Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakov, Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkel və Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

***

Kanadanın “Worldwide News” elektron qəzetinin baş redaktoru Noor Əli, Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah, Moldova Respublikasının Prezidenti İqor Dodon Prezident İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik ediblər.

***

Avropa Şurasının Baş katibi Torbörn Yaqland İlham Əliyevə yenidən prezident seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.

***

Latviya Respublikasının Prezidenti Raymonds Veyonis, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

***

GUAM-ın baş katibi Altay Əfəndiyev, Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Başçısı İrina Vlax və Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas İlham Əliyevə yenidən prezident seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.

***

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rəhbəri, beynəlxalq ekspert xanım Qven Börçel və İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Prezident İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik ediblər.

***

Seneqal Respublikasının Prezidenti Məkki Sall, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov Azərbaycan prezidenti İlham Əliyevi ilə təbrik ediblər.

***

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, İtaliya Respublikasının Prezidenti Sergio Mattarella, Macarıstan Respublikasının Prezidenti Yanoş Ader və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevi prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər.

***

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani, Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani, İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset, Türkiyə Həmkarlar İttifaqları Konfederasıyasının sədri Ergün Atalay, Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani və Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) baş direktoru Ənvər Türkoğlu, Yaponiya Baş naziri Şinzo Abe Prezident, Koreya Respublikasının Prezidenti Mun Ce-in, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker İlham Əliyevə məktub göndəriblər.

***

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao, Dağıstan Təhsil və Mədəniyyət Akademiyasının rektoru, professor, Dərbənd Şəhər Deputatlar Məclisinin deputatı Həsən Mirzəyev, İsveç Krallığının Stokholm şəhərində fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Nadir Hollenbrand, Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Vyetnam Sosialist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronq, Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd, Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin sədri Ulduzxan Əhmədov, Rusiya Federasiyasının Primorye diyarındakı Azərbaycan icmasının sədri Mərdan Novruzov prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

***

“Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane, Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Varşava Azərbaycanlıları Birliyinin sədri Rəsul Məmmədov, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Dr. Halit Eren prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

***

Alman-Azərbaycan Xarici Ticarət Palatası İdarə Heyətinin sədri Falko Haydrixdən və palatanın icraçı direktoru Tobias Baumann, İslam İnkişaf Bankı Qrupunun prezidenti dr. Bandar Haccar və Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov Prezident İlham Əliyevi prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

***

ATƏT-in baş katibi Tomas Qreminger və Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulos Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Tarix
2018.04.25 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla