Yuxarı

ABŞ-ın öldürücü sanksiya tətbiq etdiyi 11 ölkə - Siyahı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın xarici dövlətlərə təsir imkanları arasında ən böyük silahlarından biri zaman-zaman öldürücü təsirə malik olan sanksiyalarıdır. Hazırda Rusiyaya qarşı sərt sanksiya rejimi tətbiq edən ABŞ-ın bu sahədə qurbanlarının sayı heç də Moskva ilə məhdudlaşmır.

Axar.az ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələri və səbəblərini təqdim edir:

Rusiya

ABŞ 2014-cü ilin martında Ukraynada baş verənləri və Krımın Rusiyaya birləşdirilməsini əsas göstərərək, Kremllə əməkdaşlığı dayandırıb. Elə həmin vaxtdan etibarən də bir sıra rus iş adamları və kompaniyalarına qarşı ilk sanksiyalar tətbiq edilib.

Hazırda bəlli səbəblərdən dolayı ABŞ-ın Rusiyaya sanksiyaları sərləşməkdə davam edir.

İran

ABŞ İrana qarşı sanksiyaları 1979-cu ildən – Tehrandakı ABŞ səfirliyinə bir qrup radikal tələbənin hücum etməsindən sonra tətbiq etməyə başlayıb. Bu proses İranın aktivlərinin demək olar ki, tamamilə dondurulması ilə nəticələnib. Bir neçə ildən sonra sanksiyalar daha kəskin xarakter alıb. 1984-cü ildə İrana silah satışına və iqtisadi dəstəyə qadağa qoyulub. 1996-cı ildə İranla neft ticarəti və bu ölkəyə aviasiya avadanlıqlarının ixracı dayandırılıb. 2004-cü ildə İrandan yazılmış elmi işlərin dərc edilməsi, İran və Amerika bankları arasında birbaşa əlaqələrin qurulması qadağan edilib.

Şimali Koreya

ABŞ və Şimali Koreya arasında diplomatik münasibətlər Soyuq müharibə və yarımadada aparılan Koreya müharibəsindən sonra pisləşib. 1950-ci ildə ABŞ bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Son dövrlərdə rəsmi Pxenyanın nüvə silahı əldə etmək arzusu sanksiya rejiminin sərtləşdirilməsi üçün ABŞ-ın əlini gücləndirib. ABŞ 2016-cı ilin martında “Sony Pictures” şirkətinə qarşı kiber hücum təşkil etməkdə ittiham olunan Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Suriya

ABŞ və Suriya arasında münasibətlər rəsmi olaraq 2012-ci ildə kəsilib. Buna qədər 1986-cı ildən əvvəllərindən başlayaraq tətbiq olunan sanksiyalarla bağlı iki ölkə arasında gərgin münasibətlər hökm sürüb. Rəsmi Dəməşq bu ittihamla razılaşmasa da, ABŞ Suriyanı terror qruplaşmalarını dəstəkləməkdə ittiham edib.

Sudan

ABŞ-la Sudan arasında münasibətlər Ağ Evin Sudanı terror qruplaşmalarını, o cümlədən Fələstin və Livandan olan terrorçuları dəstəkləməkdə ittiham etməsindən sonra kəskinləşib. 1993-cü ildə Sudan terrorçuluğu maliyyələşdirən ölkə elan edilib.

Kuba

Soyuq müharibə illərində ABŞ ilk dəfə 1960-cı ildə Kubaya SSRİ ilə müttəfiqlik etdiyinə görə sanksiya tətbiq edib. Bu sanksiyalar, ölkədə amerikalılara məxsus bir çox özəl müəssisənin milliləşdirilməsi ilə bağlı olub. Hazırda ölkələr arasında diplomatik münasibətlərin saxlanılmasına baxmayaraq, gərginlik əvvəlki tək qüvvədə qalıb.

Belarus

2004-cü ildə ABŞ “Belarusda Demokratiyaya dair Aktı” qəbul etdi və bununla da qanunvericilər Belarusdan silah və texnologiyanın çatdırılması barədə məlumatlandırılmalarını tələb etdilər. Ölkədə “demokratik proseslərin dəstəklənməsi” üçün vəsait ayrılması planlaşdırıldı. Bundan sonra isə sanksiyalar getdikcə ağırlaşdırıldı. 2011-ci ildə bir sıra səfərlər məhdudlaşdırıldı, aktivlər donduruldu. Sanksiyalara hədəf olanlar arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, onun oğlu Viktor və Dmitri, habelə jurnalistlər, vəzifəli şəxslər, prokurorluq və məhkəmə orqanları əməkdaşları göstərilib.

Birma

1997-ci ildə Birmaya qarşı sanksiyalar tətbiq edilib. 2003-cü ildə sanksiya rejimi gücləndirilib. Birmadan idxal tamamilə dayandırılıb, hökumətin ABŞ-dakı aktivləri dondurulub.

Kot-Divuar

ABŞ 2011-ci ildə bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalara ölkə başçısı Lorana Qbaqbo, həyat yoldaşları və tərəfdarları tuş gəlib. Səbəb kimi ölkənin bəzi şəhərlərində seçkilərin ləğv edilməsinin ABŞ hökumətini qane etməməsi göstərilib.

Konqo Demokratik Respublikası

Konqoya qarşı sanksiyalar 2006-cı ildə tətbiq edilib və bir neçə dəfə uzadılıb. Konqonun hakimiyyət qoşunlarının ölkədə təcavüz və qətliam törətdiyi iddia edilib.

Liviya

2011-ci ildə ABŞ Liviyaya qarşı ticarət və maliyyə sanksiyaları tətbiq edib. Bir çox dövlət bankı və şirkətinin ABŞ ərazisində biznes fəaliyyəti ilə məşğul olması qadağan edilib.

Tarix
2018.04.21 / 08:15
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla