Yuxarı

Bu nazir kollektivlə vidalaşdı - Vəzifəsini tərk etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov bu gün kollektivlə vidalaşıb.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Nazir uzun müddət bir yerdə səmərəli çalışdığına görə kollektivə təşəkkür edib və səhhəti ilə bağlı vəzifədən uzaqlaşdığını vurğulayıb.

Qeyd edək ki, Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. 2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziridir. 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilib.

2008-ci ildə onun başçılığı ilə ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşüb.

2015-ci il dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Tarix
2018.04.23 / 14:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla