Yuxarı

Fuad Muradova ilk təbrik İsmayılovdan gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Fuad Muradovu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, Mərkəzin sədri İlham İsmayılov təbrik məktubunda Muradovun təcrübəsi və savadı ilə Komitəyə böyük fayda verəcəyini bildirib.

“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Fuad Muradovu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi münasibətilə təbrik edir, ona yeni işində uğurlar arzulayır.

Fuad Muradov Milli Məclisin deputatı olaraq, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi aktiv fəaliyyət göstərib, cəmiyyətdə təşəbbüskar, enerjili bir millət vəkili kimi tanınıb, beynəlxalq əlaqələrin qurulmasında yetərincə təcrübəsi vardır.

İnanırıq ki, Azərbaycan və türk dünyasının dispor təşkilatlarının fəaliyyəti ilə də geniş məlumatlı olan Fuad Muradov bu sahədəki boşluqların, diaspor təşkilatları arasında olan narazılqların aradan qaldırılmasına öz töhfəsini verəcək, səfirliklərlə diaspor təşkiltaları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə, diaspor sahəsində fəaliyyət göstərən milli təşkilatlarla əlaqələrin vacibliyinə daha çox diqqət göstərəcək, diasporlarımızın inkişafı üçün nəzərdə tutulan strateji layihələrə dəstək verəcəkdir”, - təbrikdə bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Tarix
2018.04.24 / 15:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla