Yuxarı

Görüş ləğv edildi: Karapetyan Sərkisyandan kömək istədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:12

Ermənistanın baş nazir vəzifəsini icra edən karen Karapetyan Vətəndaş Müqaviləsi Partiyasının lideri, deputat Nikol Paşinyanla 25 aprel. saat 11:00-a nəzərdə tutulan görüşün ləğvi ilə bağlı bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, bəyanatda xalqa müraciət edən Karapetyan bildirib:

“Bildiyiniz kimi, 25 apreldə mənim Nikol Paşinyanla görüşüm baş tutmalı idi. Məlumat verirəm ki, görüş baş tutmayacaq. Belə ki, Paşinyan birtərəfli qaydada görüşün formatı və işıqlandırılması ilə bağlı yeni tələblər irəli sürdü.

O, biz tərəfdən görüşdə iştirak edəcək şəxslərin siyahısını təqdim etdi, həmçinin bəyan etdi ki, yalnız özünün təklif etdiyi gündəlik müzakirə ediləcək. Bu artıq dialoq və danışıqlar deyil, öz gündəliyini təqdim etməkdir.

Danışıqlarla bağlı təcrübəmdə heç vaxt belə format eşitməmişəm.

Yaranan vəziyyətin narahatlığı, hökumətin başçısı vəzifəsini icra edən şəxs kimi, məni normal həyat ritminin təmin edilməsi üçün addım atmağa vadar edir və Ermənistan prezidentinə parlament və qeyri-parlament siyasi qüvvələrinin iştirakı ilə daxili vəziyyəti müzakirə etmək və vəziyyətdən münasib çıxış yolları tapmaq üçün növbədənkənar seçkilərə qədər görüş keçirilməsini təşkil etməsi üçün müraciət edirəm”.

Tarix
2018.04.25 / 01:23
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla