Yuxarı

Kremlin ssenarisi alt-üst oldu: Paşinyan qərar verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Respublika Partiyasının heç bir üzvü Ermənistanın baş naziri ola bilməz. Yəni Karen Karapetyanın baş nazir seçilməsinə və onun idarəçiliyi altında növbədənkənar parlament seçkilərinə gedilməsinə “yox” deyib. Bu isə Ermənistanda keçirilən aksiyalara prosesin 10-cu günündə müdaxilə etməklə hadisələrin gedişini öz xeyrinə dəyişmək istəyən Kremlin ssenarisindən imtina edilməsi deməkdir. Mövcud siyasi üstünlüyü baxımından bu, Nikol Paşinyanın verdiyi düzgün qərardır.

Bu sözləri Axar.az-a müxalif lider Nikol Paşinyan və Baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında bu günə təyin edilən danışıqların ləğv edilməsi fonunda hadisələrin sonrakı inkişafı ilə bağlı danışan analitik Elçin Mirzəbəyli deyib. Nikol Paşinyanın öz üstünlüyündən maksimum istifadə edəcəyini deyən analitik bu fonda Vətəndaş Müqaviləsi Partiyasının liderinin baş nazirliyə iddiasını da təbii qəbul etdiyini bildirib:

“Nəzərə almaq lazımdır ki, Paşinyanın tələbləri təkcə növbədənkənar seçkilərlə yekunlaşmır. O, bütövlükdə Respublika Partiyasının parlamentdəki mövcudluğunu şübhə altına alır. Bu partiyanı təmsil edən şəxslərin seçki prosesinə təsirlərini minimuma endirmək üçün dialoqun formatını öz seçiminə uyğun təklif edir, eyni zamanda, seçkiyə qədər Seçki Məcəlləsinin dəyişdirilməsini istəyir. Paşinyanın son bəyanatında 2 məqama diqqət çəkməyi vacib hesab edirəm. Paşinyan bildirir ki, Ermənistan əhalisinin 90 faizi və erməni diasporu onu dəstəkləyir. Bununla da diasporun, sətiraltı anlamda isə Qərbin onu birmənalı şəkildə dəstəklədiyini bildirir. Paşinyan deyir ki, Respublika Partiyasından zəmanət almağa ehtiyacları yoxdur və özlərində erməni xalqının iradəsini ifadə edəcək güc görürlər. Düşünürəm ki, bu sözlər proseslərin gedişatını proqnozlaşdırmağa imkan verir. Çox güman ki, bundan sonra Nikol Paşinyanla danışıqlar apara biləcək yeganə legitim tərəf kimi prezident Armen Sərkisyanın adı hallanacaq. Çünki Paşinyan Karen Karapetyanın hətta Respublika Partiyasından istefa verdikdən sonra belə baş nazir olmasına razı deyil. Bu artıq Moskvanın bütün mümkün ssenarilərindən imtina etmək deməkdir”.

Analitik hesab edir ki, Paşinyanın sabiq prezident Robert Köçəryanın biznes tərəfdaşı, Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanla da işbirliyinə gedə biləcəyi onun indiki bəyanatları kontekstindən inandırıcı görünmür:

“Yox, əgər Paşinyan proseslərdə Çarukyanın iştirakını qəbul edərsə, bu, hadisələrin Moskva tərəfindən Sərkisyanı və komandasını cəzalandırmaq üçün stimullaşdırıldığı anlamına gələcək və proseslərin arxasında əsas koordinator kimi Robert Köçəryanın dayandığını üzə çıxaracaq. Əks təqdirdə, Moskvanın heç bir ssenarisi işləməyəcək və etiraz aksiyaları Paşinyanın bütün tələbləri yerinə yetirilənədək davam edəcək”.

Qeyd edək ki, müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında 25 aprelə təyin edilən danışıqlar ləğv edilib.

Bundan sonra Paşinyan xalqa çağırış edərək, 11:00-da Respublika meydanında mitinq təyin edib.

Tarix
2018.04.25 / 11:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla