Yuxarı

İlham Əliyevlə Ərdoğanın görüşündə ilk yaşandı - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:49

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman bu ölkədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyib.

Dünyada bir-birinə bu qədər yaxın iki ölkə yoxdur. Bu münasibətlər tarixi köklərə bağlıdır. Türkiyə və Azərbaycan bu gün həm ikili, həm də çoxtərəfli münasibətlərdə əməkdaşlıq edir. Bu münasibətlər daha da möhkəm olacaq”, - İlham Əliyev deyib.

Daha sonra görüş mətbuata qapalı keçirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.

Dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

***

Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Beştəpədəki iqamətgaha gəlib.

İlham Əliyev prezident iqamətgahında rəsmi mərasimlə qarşılanıb.

Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi zamanı bir ilk yaşanıb. Belə ki, qarşılanma mərasimi zamanı ilk dəfə olaraq “Can Azərbaycan” musiqisi səsləndirilib.

***

Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

***

Prezidentlərin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib.

İclasın sonunda iki ölkə arasında bır sıra sənədlər imzalanıb.

Tarix
2018.04.25 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla