Yuxarı

Mehdiyevdən sərt xəbərdarlıq: onlar həbs olunacaq - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Nazirlər Kabinetinin tərkibinə daxil edilən kadrları təqdim edərkən həm köhnə komandaya, həm də yeni rəhbərlərə mühüm ismarışlar verib.

Axar.az xəbər verir ki, akademik konkret olaraq “rüşvətxorluğa son qoyulmalıdır” deməklə qurum rəhbərlərinin əsas iş prinsipini müəyyənləşdirib.

O, Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən Azərbaycanın “qapısı”nın şəffaf olmasının vacibliyini xüsusi qeyd edib. Bu, yeni rəisə tapşırıq, keçmiş DMX rəisi Firudin Nəbiyevə isə xəbərdarlıq idi.

Kollektiv qarşısında səsləndirilən sərt açıqlamaları isə təsadüfi hesab etmək olmaz. R.Mehdiyev bununla həm də yeni nazirlərə iş prinsipi və onlara etimadın səbəbini izah etdi.

Sitat: “Miqrasiya Xidmətində şəffaflıq, təmizlik olmalı, rüşvətxorluğa son qoyulmalıdır. Elə olmasın ki, bu neqativliklər baş versə, aidiyyəti insanlar məsuliyyətə cəlb olunsun”.

R.Mehdiyevin Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr Fuad Muradovu kollektivə təqdim edərkən də keçmiş sədr Nazim İbrahimovun fəaliyyətsizliyini dilə gətirməsi həm də Muradova bir tapşırıq, onun fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi idi.

Xüsusilə qeyd edək ki, yeni təyinatların orta yaş həddi 44 təşkil edir. Bu sübut edir ki, hökumətin gənc nazirlərə etimadı böyükdür.

Kabinetin yeni tərkibində edilən köklü dəyişiklik və gəncləşdirməni şərh edən iqtisadçı alim Vüqar Bayramov Axar.az-a açıqlamasında bildirib ki, yeni kadrların təyini islahatlara yeni nəfəsin gətirilməsində mühüm rol oynayacaq:

“Yeni kabinetdə gənclərin və eləcə də yeni simaların olması təqdirəlayiqdir. Hökumətin praktik olaraq postneft dövrünə uyğun gəncləşdirmə aparması və yeni simaları kabinetə daxil etməsi müsbət mesajlar verir.

Əslində kabinetin tərkibi formalaşdırılmamışdan öncə struktur dəyişiklikləri də baş verdi ki, bunu da xüsusilə vurğulamaq lazımdır. Bir neçə qurumun ləğvi və yeni qurumun yaradılması təqdirəlayiqdir”.

V.Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı struktur dəyişiklikləri ilə bağlı təkliflər hökumət tərəfindən zaman-zaman qəbul edilir:

“O cümlədən, Antinhisar Xidmətin ayrılması və yeni qurum kimi fəaliyyət göstərməsi də bizim mərkəzin təklifi idi. Təqdirə layiqdir ki, bu təklif də qəbul edildi.

Prosesin davam etdirilməsinə mütləq şəkildə ehtiyac var. Artıq kabinet formalaşır və güman edirəm ki, gələcəkdə də gəncləşdirmə siyasəti aparılacaq.

Artıq postneft dövrüdür və iqtisadiyyatın şaxələnməsi prioritetdir. Xüsusilə kənd təsərrüfatı kimi əhəmiyyətli sahəyə gənc və yüksək səviyyəli şəxsin təyini göstərdi ki, neftdən asılılığın aradan qaldırılması əsas hədəfdir. Bu hədəflərə çatmaq üçün daha çevik və gənc hökumətə ehtiyac var idi. Bu konteksdən də yeni formalaşan hökumət həmin çevikliyin təminatı üçün gənclərə üstünlük verdi”.

Tarix
2018.04.25 / 14:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla