Yuxarı

Gerb, dövlət bayrağı və himndə nə dəyişir? - Açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

1995-ci ildə yeni Konstitusiya qəbul olunmuş, Dövlət Gerbi, Dövlət Bayrağı və Dövlət Himni haqqında məsələlər Konstitusiyada tənzimlənmişdi. Lakin yeni Konstitusiyanın 23-cü maddəsi tələb edir ki, hər üç atributla bağlı məsələlər müvafiq qanunvericiliklə müəyyən olunsun.

Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, uzun müddət idi Konstitusiyanın bu tələbi icra olunmamış qalırdı:

“Konstitusiyanın tələbini yerinə yetirməkdən ötrü bu məsələyə baxdıq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edərək, parlamentin plenar iclasına tövsiyə etdik.

Burada əsas yenilik ondan ibarətdir ki, atributlar daha da konkretləşəcək. Məsələn, Dövlət Gerbinin üzərində 8 düymənin olması, yaxud palıd qozalarının sayı, onların rəng effekti, ölçüləri daha dəqiq müəyyənləşəcək.

Əlbəttə, bir sıra məqamlar vardı, mən də öz çıxışım zamanı onlara toxundum. Güman edirəm, həmin məsələlər daha da aydınlaşacaq və dəqiq olacaq. Dövlət Himni haqqında deyirlər ki, kədərli notları var. Biz Dövlət Himninin xüsusi oxunma qaydasını qanunla təsdiq edəcəyik. Burda hansı qaydada oxunmalı, intonasiyası məsələləri öz əksini tapacaq”.

Qeyd edək ki, Milli Məclis "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrini müzakirəyə çıxarır.

Qanun layihələri parlamentin mayın 1-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Tarix
2018.04.25 / 18:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla