Yuxarı

Bakıya 2 gün ərzində 20 milyonluq hücum – Şok fakt

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəraycanda baş tutan Avroviziya-2012 müsabiqəsi zamanı ermənilər tərəfindən müxtəlif ölkələrdən iki gün ərzində Azərbaycana olan hücumun maliyyə dəyəri 20 milyon dollardan çox idi.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili Teleqraf.com saytına verdiyi geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, bu dərəcədə genişmiqyaslı və intensiv hücumlar dünyada çox az olur:

“Bu hücumun arxasında çox böyük bir maliyyə qaynaqları dayanırdı. Hesablamışdıq ki, iki gün ərzində Azərbaycana olan hücumun maliyyə dəyəri 20 milyon dollardan çoxdur. Bu pulun mənbəyinin kim, yaxud kimlər olduğunu, necə xərclədiyini təbii ki, bilmirdik. Amma bu qədər pul ayırmaq fərdi şəxslərin işi deyildi. Bu hücumun arxasında çox böyük qüvvələr dayanırdı. Bu qüvvələrin planları yerinə yetirilmədi. Çünki bu hücumların qarşısını almaq üçün xüsusi komanda yarandı. Onlar gecə-gündüz - 24 saat işləyərək, hücumun qarşısını aldılar. Bununla bağlı bizdə videolar, fotoşəkillər var. Yəni, bu bir tarixi hadisədir”.

T.Mirkişili bildirib ki, hücumlar müxtəlif ölkələrdən gəlirdi:

“Müxtəlif ölkələrdən hücumlar gəlirdi. Coğrafiyanın arealını ona görə belə geniş seçirlər ki, onları bloklamaq mümkün olmasın. Bir ölkədən hücum olsa, həmin ölkəni müvəqqəti bloklayarsan, məsələ bitir. Ona görə də biz deyirik ki, bu, kifayət qədər bahalı hücum idi.

Ümumiyyətlə, İKT sahəsində hücum etmək üçün böyük maliyyə imkanları olmalıdır. Çünki buna bəlli infrastruktur, güclü serverlər, yüksək sürətli internet və resurslar lazımdır. O resursları əldə etmək üçün çox böyük maliyyə qaynağı olmalıdır. Ona görə, bir daha qeyd edirəm, biz hesablamışdıq ki, 2 günlük hücumun ümumilikdə maliyyə dəyəri 20 milyon dollar idi”.

Tarix
2018.04.26 / 10:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla