Yuxarı

Qarabağ münaqişəsi ondan başladı ki... - Baburin

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Uluslararası İşbirliyi Platformasının təşkilatçılığı ilə bu gün Antalyada “Yüksələn Avrasiyada Türkiyə-Rusiya ilişkilərinin gələcəyi” konfransı öz işini davam etdirir.

Axar.az xəbər verir ki, konfrans çərçivəsində rusiyalı siyasətçi, hüquq professoru Sergey Baburin jurnalistlərin suallarını cavablandırıb.

- Rusiya-Türkiyə münasibətlərinin bugününü necə dəyərləndirirsiniz?

- Mənə elə gəlir, bu gün Ankara-Moskva ilişkiləri Avropanın siyasi ab-havasını müəyyən edir. Çox təəssüf, bəzən elə təəssürat yaranır ki, dünya “dəli olub”. Qarşılıqlı etimadsızlıq, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi elə bir dramatik, faciəvi durum yaradıb ki, biz onu hətta Soyuq savaş dönəmində də görməmişdik. Belə bir durumda Türkiyənin dünyada terrorizmin ləğvi məsələsində sıx əməkdaşlığı bütün sahələrdə iki ölkə arasında ilişkiləri dərinləşdirməkdədir. İqtisadi sektorun genişlənməsi üçün alınan birgə qərarlar bu mənada böyük önəm daşımaqdadır. Ancaq işbirliyinin zəifləməsinə çalışan, xüsusilə də Rusiya ilə Türkiyənin Avropaya qaz verilməsində iştirakına birmənalı qarşı olan tərəflər var. Bu xəttin işə düşməsi həm Türkiyə, həm də Rusiya üçün fövqəladə önəmlidir. İqtisadi münasibətlərin iki ölkə arasında davamlı müzakirə edilməsi gələcəkdə əlaqələr spektrinin genişlənməsinə böyük ümidlər yaradır. Türkiyənin Rusiya siyasəti bu gün Avropanın Rusiyanı daha yaxşı anlamasına yardım edir.

Ankaranın addımları eyni zamanda Rusiyaya Avropa Birliyi ilə bir sıra anlaşılmazlıqları ortadan qaldırmağa imkanlar yaradır. Tez-tez “bu gün dünyada sülh üçün savaş gedir” fikrini səsləndirirəm və düşünürəm ki, bunu söylərkən şişirtməyə yol vermirəm. Dünya ordusuna bu savaşda Türkiyə və Rusiya prezidentləri baş komandanlıq edir. Çox ümid edirəm ki, Türkiyənin Rusiyaya yönəlik dialoq siyasətini Avropa ölkələri də davam etdirəcək. Bu gün ölkə prezidentlərinin xoşməramlı münasibətlərinin xalqlarımıza da təsir edəcəyini və əlaqələrin daha da genişlənəciyini düşünürəm. Çünki yalnız gərgin dönəmlərdə dostun, tərəfdaşın, layihələrinin real dəstəkçisinin kim olduğu ortaya çıxır. Çox şadam ki, bu gün prezident Putinlə, prezident Ərdoğan davamlı təmasdadırlar və iki ölkə gündəminin problemlərini birbaşa çözməyə çalışırlar, ölkələr arasında ilişkiləri fundamental şəkildə nizamlayırlar. Bu səbəbdəndir ki, Türkiyənin NATO-da, Rusiyanın isə müdafiə təhlükəsizliyinin sisteminin əks tərəfində olması prosesi əngəlləmir. Biz iki ölkə arasında mədəni, iqtisadi-ticari münasibətləri elə səviyyədə saxlamalıyıq ki, silahlı müdafiə heç zaman gərəyimiz olmasın.

- Türkiyə-Rusiya yaxınlaşması Qərbi açıq şəkildə qıcıqlandırır. İki ölkə arasında əlaqələrin hansı ssenari üzrə davam edəcəyini proqnozlaşdırırsınız? Sizcə, kənar müdaxilələrdən yayınmaq üçün hansı addımlar atılmalıdır?

- Mən həm keçmiş Sovet İttifaqı məkanında, həm də Şərqi Avropada bir sıra milli, silahlı qarşıdurmaların nizamlanması proseslərinə vasitəçi olaraq qatılmışam. Qarabağda da, Abxaziyada da, Dnestryanı bölgədə də, Balkanlara – Kosovada, İraqda da bir məqam hər zaman aydın görünür – münaqişə edən tərflərdən başqa, prosesin heç zaman üçüncü tərəfi olur və həmin tərəf birmənalı olaraq nizamlama prosesini əngəlləyərək münaqişənin davam etməsinə çalışır. Qarabağ münaqişəsi ondan başladı ki, kimliyi bilinməyən şəxslər Azərbaycan tərəfdən Ermənistana, Ermənistan tərəfdən Azərbaycana silahlı basqınlar düzənlədilər və dinc əhali arasında tələfatlar oldu. Kosovada həmin üçüncü qüvvə serblərlə danışıqlara hazır olan albanları qətlə yetirməklə, prosesin uzun müddət davam etməsinə yol açdılar.

- Siz üçüncü qüvvə dedikdə Qərbi nəzərdə tutursunuz?

- Bu, çox zaman üçüncü ölkələrin xüsusi xidmət orqanlarına bağlı şəxslərdir. Bu, ölkə içərisindəki siyasi müxalifət də ola bilər. Məsələn, biz 2015-ci ilin yayında bunu Türkiyənin timsalında gördük. Aydın görünür ki, bu gün də Türkiyə ilə Rusiya arasında intensiv, çoxşaxəli ilişki qurulmasına ciddi şəkildə mane olmaq istəyən qüvvələr var. Onların məqsədi Türkiyədə Ərdoğanı, Rusiyada Putin iqtidarını devrməkdir. Biz səylərimiz və işbirliyini genişləndirməklə bu qüvvələrin yolunu bağlamış oluruq. Ona görə də hər iki ölkə arasında əlaqələr davamlı koordinasiya edilməlidir.

- Siz bir sıra münaqişələrdən söz açdınız. İngiltərədə baş verən Skripalların zəhərlənməsi məsələsində də üçüncü qüvvələrin olduğunu düşünürsünüz, yoxsa, bu, yalnız Böyük Britaniya xüsusi xidmət orqanlarının əməlidir?

- Birmənalı cavab vermək çətindir. Çünki Amerika Birləşmiş Ştatları daxilində də siyasi qüvvələr arasında gərginlik var. Mənə anlaşılmaz gələn budur ki, heç bir araşdırma aparmadan hansısa qüvvələr Rusiyanın məsələdə əli olması ilə bağlı versiya ortaya atdılar. Bu çox qeyri-ciddi yanaşmadır və dünya ölkələri arasında sivil münasibətlərə sığmaya məsələdir. Dünya bu cür ittihamlarda bir qədər ehtiyatlı davranmalıdır. Çünki sübutu olmadan ortaya atılan iddialar dünyanın geopolitik mənzərəsini dəyişdirəcək olayların meydana gəlməsinə səbəb ola bilər.

Tarix
2018.04.26 / 15:30
Müəllif
Aygün Muradxanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla