Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Oktyabr 2018


Azərbaycana zərbə endirməklə... - Nikolun nazirinin təxribat planı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyin etdiyi yeni müdafiə naziri David Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil. Amma onun ən böyük fəaliyyəti 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir.

Axar.az xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Tonoyan hədsiz aktiv nazir müavini idi:

“Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək, o “passiv müdafiədən aktiv cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda “Chatam House”də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq”.

M.Əhmədoğlu bildirib ki, bu “konsepsiya” 2016-cı il aprel döyüşlərinə gətirib çıxardı və nəticəsi bəllidir:

“David Tonoyan az sonra yeni müdafiə naziri Vigen Sərkisyanla yola getmədiyi üçün nazir müavinliyindən uzaqlaşdırıldı. Amma onun Qərblə əlaqələri və təxribat törətmə potensialı o zamankı prezident Serj Sərkisyan tərəfindən yüksək qiymətləndirildiyi üçün Fövqəladə Hallar Naziri təyin edildi. Tonoyan Fövqəladə Hallar Nazirliyinin əsas funksiyalarını unutdu və bu nazirliyi ikinci hərbi nazirliyə çevirdi. ABŞ və NATO-dan aldığı dəstəklərin hesabına məqsədyönlü hərbi təlimlər keçirdi. Fövqəladə Hallar Nazirliyinin öz funksiyası ilə məşğul olmamasının ən bariz göstəricisi Tonoyanın Fövqəladə Hallar naziri olduğu dövrdə Ermənistanda baş verən meşə yanğınlarında bu nazirliyin əlacsızlığıdır”.

Politoloq qeyd edib ki, Paşinyan Tonoyanın məhz Qərblə əlaqələrinə və təxribat törətmək potensialına görə Müdafiə naziri təyin etdi:

“Çünki Nikol Paşinyan Serj Sərkisyanın yolunu davam etdirir. Başa düşür ki, Rusiyanı Cənubi Qafqazda hərbi təxribatlara cəlb etmək Ermənistan üçün böyük geosiyasi və maliyyə resursudur. Naxçıvanda təxribat ssenarisi Ermənistan üçün hava və su kimi lazımdır. Əgər Paşinyana Rusiya ilə normal hərbi əlaqələr lazım olsaydı, o, Tonoyanı nazir təyin etməzdi. Vaqarşak Arutyunyanın müdafiə naziri olması ideyasını Dağlıq Qarabağ erməniləri irəli sürmüşdülər.

Paşinyan avantürist manerasına görə də Serj Sərkisyanı təkrarlayıb. Amma Sərkisyan təxribatları şüurlu şəkildə hazırlayırdı və Qərbdə müəyyən dairənin dəstəyini əldə edə bilirdi. Amma Paşinyan belə bacarığa və inama malik deyil.

Paşinyanın elə ilk günlərdən regional təhlükəsizlik məsələlərində Rusiyaya badalaq gəlməsi hər halda Kreml tərəfindən cavabsız qala bilməz. Çünki geosiyasi proseslər Moskvanı ən azı özünə hörmət etməyə vadar edir”.

Tarix
2018.05.17 / 11:07
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Belarus nəşri Əliyevin 15 illik fəaliyyətindən yazdı

Bakı Fransaya nota verdi – Səfir XİN-ə çağırıldı

Pakistan prezidenti Elçin Quliyevi qəbul etdi - Foto

Fransız merin Şuşaya qanunsuz səfərinə Bakıdan reaksiya

Mikayıl Cabbarov Mişustinlə görüşdü - Foto

Azərbaycan və Rusiya DİN rəhbərləri arasında görüş...

XİN rəhbəri Laaneti qəbul etdi

Mehriban Əliyeva yeni məktəbin açılışında

İlham Əliyev Rusiya daxili işlər naziri ilə görüşdü

Bakının uğurlu siyasəti: Rusiyadan həqiqət etirafları

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla