Yuxarı

Paşinyan cırtdan və zəif İrəvanı müharibəyə sürükləyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni baş nazirinin belə sərsəm bəyanatlar verməsində beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Çünki onlar öz qəbul etdiyi qətnamələri icra etmirlər. Qətnamələr qəbul edilsə də, zamanında icra olunmaması Ermənistanın yeni baş nazirində, ümumiyyətlə, Ermənistanda arxayınlıq sindromunun formalaşmasına gətirib çıxarır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib. O bildirib ki, Paşinyan özünü hələ də küçədən gəlmiş bir lider kimi aparır və hələ dərk etmir ki, Ermənistanın indiki iqtisadi iflic vəziyyətinə düşməsinin ən mühüm səbəbi məhz ölkəsinin apardığı işğalçı siyasətdir:

“Paşinyanın baş nazir seçildikdən sonra ilk qeyri-qanuni səfərini Dağlıq Qarabağa etməsi, burada səsləndirdiyi fikirlərdən bu qənaətə gəlmək olar ki, o öz sələfi Sərkisyanın buraxdığı səhvlərdən dərs almayıb. Artıq Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi tezislər Ermənistanın özündə də ciddi tənqidlə müşahidə olunmaqdadır. Paşinyanın qondarma rejimin 3-cü tərəf kimi danışıqlarda iştirak etməli olduğunu deməsinin məqsədi bu rejimə legitimlik gətirmək istəməsidir. Bununla o, bu qondarma rejimin beynəlxalq aləmdə tanınmasına nail olmağı hədəfləyir. Daha sonra beynəlxalq aləmdə tanınan qondarma rejimi Ermənistana birləşdirmək istəyir. Belə absurd tezislər səsləndirən bir adam münaqişənin həlli imkanlarını daha da buxovlayır. Onun bu addımlarını dalana dirənmiş danışıqlar prosesinə arxadan zərbə kimi dəyərləndirmək olar. Yəni bu şərtlərlə heç bir danışıqlardan söhbət gedə bilməz. Danışıqlar baş tutmadıqda isə artıq alternativ variantlar gündəmə gəlir”.

Politoloq vurğulayıb ki, hazırda alternativ variant müharibədir:

“Paşinyan ilk növbədə Aprel döyüşlərindən nəticə çıxarmalıdır. Müharibə başlasa, cırtdan və inqilab nəticəsində daha da zəifləmiş Ermənistanın biabırçı məğlubiyyəti labüddür. Paşinyan bunu dərk etməli və nəticə çıxarmalıdır”.

Tarix
2018.05.18 / 11:58
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla