Yuxarı

Vədlər boşa çıxdı: Qərb Rusiyaya uduzur - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq müharibə zamanı indiki Rusiyadan qat-qat güclü olan SSRİ-yə qarşı Şimali Atlantika Alyansı daha sərt və hesablanmış addımlar atırdı. Milli muxtar respublikalar, vilayətlərdən ibarət olan, üstəlik, total korrupsiya, sosial uçurumu nəzərə alsaq, Rusiya Federasiyası bəlkə də dünyada ən çox zəif yeri olan ölkədir. Lakin buna rəğmən, indiki mübarizə üsulları ilə Qərb Rusiyaya qarşı irəliləmək əvəzinə geriləməkdədir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli qeyd edib. O bildirib ki, Merkel Soçidə görüşmək üçün işğalçı adlandırdığı Putinin ayağına gedib:

“Merkel Soçidə Almaniya, Böyük Britaniya, Fransa və Avropa Birliyinin digər üzvlərinin İranla sazişdən çıxmayacağını da söylədi. Makron, ümumiyyətlə, ABŞ-la ultimativ dillə danışdı. Böyük Britaniyanın korporasiyası isə İranın cənub-qərbində neft çıxaracaq. Bu yaxınlarda Sankt-Peterburqda keçiriləcək İqtisadi Forumda da Makron və Putinin görüşü gözlənilir. Bəs sanksiyalar nə oldu? Bunlar hamısı heç oldu, olan da Ukraynaya oldu. Krım, ümumiyyətlə, Putin üçün müzakirə mövzusu deyil. Artıq Donetsklə Luqanskın azadlığı da sual altındadır. Qərbin boş vədlərinə uyub, Yanukoviçi lazımsız yerə devirməsəydilər, indi Ukrayna ərazi bütövlüyünü qorumuş bir dövlət idi”.

Politoloqun sözlərinə görə, Avrasiya İttifaqının üzvü ola-ola da Ukrayna Qərblə yüksək səviyyədə əməkdaşlığını qura bilərdi:

“Nümunə kimi Qazaxıstanı göstərə bilərik. Qazaxıstan Avrasiya İttifaqına üzv olsa da, ərazi bütövlüyünü də, Qərblə yüksək səviyyədə münasibətlərini də qorumuş oldu. Ukrayna ilə Qazaxıstanı müqayisə edəndə hansının daha uduşlu vəziyyətdə olduğu göz önündədir. Skripal olayından sonra yenə Rusiyaya böyük zərbələr olacaq deyənlərdən fərqli olaraq, indiki sanksiyalar və münasibət tərzi ilə Qərb Rusiyaya heç nə edə bilməyəcək”.

Tarix
2018.05.21 / 14:21
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla