Yuxarı

Sərkisyan dönəmi bitdi, Qarabağda inqilab... - Qriqoryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Serj Sərkisyanın devrilməsi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə keçir.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Arutün Qriqoryan Qarabağda qondarma rejimin “prezidenti” Bako Saakyana qarşı üsyanın başlayacağını yazıb.

Erməni şərhçi qeyd edir ki, İrəvandakı proseslər Xankəndinə də təsir edir:

“İrəvanda artıq Sərkisyan dönəmi başa çatdı və indi növbə Xankəndindədir. Bako Saakyan hər şeyi edir ki, inqilab Qarabağa qədər gəlib çıxmasın, lakin proses artıq başlanmış hesab oluna bilər”,

A.Qriqoryan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “prezident üsul-idarəsi”nə keçidinin səbəblərini xatırladıb.

“Sərkisyan İrəvanda bəyan edirdi ki, parlament-üsul idarəsinə keçməyin vaxtı çatıb. Lakin Xankəndində “prezident üsul-idarəsi”nə keçid edildi. Səbəb kimi Azərbaycanla müharibə şəraiti göstərilirdi, lakin burada da hakimiyyətin qorunması məqsədinin olduğu məlum idi. Hətta “aprel müharibəsi”ndə məğlubiyyətə baxmayaraq, Sərkisyanın dəstəyi ilə Saakyan öz hakimiyyətinin ömrünü uzatdı. Artıq İrəvanda siyasi situasiya dəyişib və bu proseslərin tezliklə Qarabağa da təsir edəcəyi gözlənilir. Xankəndində sosial-iqtisadi vəziyyətin yaxşı olmadığı hər kəsə məlumdur. Sarkisyan İrəvanda şəxsi zənginliyini təmin edən sistem yaratdığı kimi, Xankəndində də “hakimiyyətin təpəsindəkilər” eyni sistem yaradıb. Bu vəziyyət potensial inqilaba hamilədir və inqilab virusu Qarabağda yayılmağa başlayıb”, - deyə o qeyd edib.

Erməni şərhçi Saakyanın Azərbaycan təhlükəsini əsas gətirərək, ermənilər üzərində nəzarəti təmin etdiyini, lakin bunun yanlış və təhlükəli olduğunu yazıb: “Əksinə, Qarabağda mövcud diktatura əhalinin bir gün Azərbaycanın tərkibində yaşamaq istəyini artıra bilər. Çünki əgər İrəvan buna müdaxilə etmirsə, ağır vəziyyətdə yaşayan əhali nicat yolu kimi Bakını seçə bilərlər”.

Tarix
2018.05.21 / 15:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla