Yuxarı

Nikol Petrosyana vəzifə verərsə... - Qarabağın həll prosesi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Petrosyan özündə güc tapsa, köhnə təkliflərə yeni don geyindirsə və mövcud siyasəti aktual etsə, onun reytinqi qalxacaq.

Bu sözləri Axar.az-a Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın son zamanlar aktivləşməsi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Petrosyanın bütün hallarda Ermənistan siyasi səhnəsində fəallaşacağı gözlənilirdi.

“Paşinyan və onun yeni komandası köhnə siyasi simaları hakimiyyətdən tədricən uzaqlaşdırır. Petrosyan və onun ətrafında olan insanlar siyasi nomenklaturanın üzvlərindən uzaqdırlar. Hakimiyyətdə olanları ancaq Petrosyan kimi simalarla əvəzləmək olar. Bunu Petrosyan da çox gözəl başa düşür və ona görə də fəallıq göstərir. İş orasındadır ki, Petrosyanın siyasi gündəliyində yeni təklif yoxdur. O üzdən Petrosyan Ermənistanın indiki siyasi durumu üçün bir az köhnəlmiş fiqur kimi görünə bilər. Əgər o özündə güc tapsa, köhnə təkliflərə yeni don geyindirsə və mövcud siyasəti aktual etsə, reytinqi də qalxacaq. Hər halda, buna çalışacaqları indidən bəllidir”.

Politoloq vəzifəyə gələcəyi təqdirdə Petrosyanın indiki mərhələdə Qarabağ konfliktinin həllinə müsbət təsirini də istisna etməyib:

“Ümumiyyətlə, Petrosyana hansısa vəzifənin verilməsi istisna edilmir. Əgər tərəflər arasında iki il bundan öncəki fikir ayrılığı qalmayıbsa, bu, tamamilə mümkündür. Petrosyan müəyyən güc toplasa və siyasi platformasını möhkəmləndirsə, o, hətta Dağlıq Qarabağ məsələsinin hazırkı mərhələsinə daha konstruktiv yanaşma aşılayacaq. Ancaq bu barədə danışmaq hələ çox tezdir. Çünki yaxın aylarda Ermənistan siyasətçilərinin başı hakimiyyət uğrunda mübarizəyə qarışacaq”.

Qeyd edək ki, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Paşinyanın hakimiyyətə gəlməsindən sonra aktivləşməyə başlayıb.

Bu yaxınlarda isə Erməni Milli Konqresi Partiyası sədrinin müavini Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə görüşüb.

Tarix
2018.05.23 / 15:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla