Yuxarı

İrəvanın sahibləri də nə edəcəklərini bilmir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın mövqeyində hələ də ciddi dəyişiklik yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, işğalçı prosesi uzatmaqla beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik addımlar atır:

“Ermənistan sülh prosesinə və ümumiyyətlə, bu istiqamətdə hansısa addım atmağa hazır deyil. İrəvan danışıqlara qayıtsa belə, real dəyişiklik olmayacaq. Hazırkı bəyanatlardan da görünür ki, danışıqları yenidən imitasiya edəcəklər. O üzdən İrəvanın danışıqlar prosesinə qayıtdığını düşünmürəm. Bakı açıq şəkildə İrəvana nümayiş etdirib ki, münaqişənin sülh yolu həllini istəyir. Ermənistanda isə hələlik heç bir stabillik, aydın mövqe yoxdur. Üstəlik, heç sahibləri də Ermənistanı bugünkü vəziyyətdə necə idarə edəcəklərini bilmirlər. Bu isə gərginliyin artacağından xəbər verir”.

Millət vəkili hesab edir ki, bu durumun dəyişməsi üçün Ermənistanın indiki rəhbərliyi sülh istiqamətində ciddi addım atmalıdır:

“Sülhə gedən yol isə işğal olunmuş ərazilərimizin geri qaytarılmasından keçir”.

Tarix
2018.05.26 / 15:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla