Yuxarı

Fransanın baş diplomatı Bakıya gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa respublikası Avropa və Xarici İşlər naziri Jan-Iv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-Iv Lö Drianın Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Xarici İşlər naziri Elmar Məmmədyarov və Maliyyə naziri Samir Şərifovla görüşü nəzərdə tutulub. Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək. Fransa və Azərbaycan arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

Fransa XİN başçısı bu gün Azərbaycan - Fransız Universitetinə (UFAZ) də səfər edəcək. Nazir Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin fondunun arxiv sərgisinin rəsmi açılışına qatılacaq, eyni zamanda, universitetin bir qrup tələbəsi ilə görüş keçirəcək.

Tarix
2018.05.27 / 11:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla