Yuxarı

İlham Əliyev Fransa XİN rəhbəri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan-İv Lö Drianı qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, fransız şirkətlərinin ölkəmizdə uzun illər səmərəli fəaliyyət göstərdikləri, Azərbaycanda nəqliyyat, kosmik sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə bir çox layihələri uğurla icra etdikləri qeyd olundu. Fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərindən razılıq hissi keçirdikləri diqqətə çatdırıldı.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edildi. Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd olundu, SOCAR-la TOTAL şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakıda fransız liseyinin fəaliyyətinin bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olundu.

Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Fransız-Azərbaycan universitetinin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə beynəlxalq hüquq və norma prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

Səmimi şəkildə keçən görüşdə Azərbaycan ilə Fransa arasında gələcək çoxşaxəli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi.

Tarix
2018.05.27 / 12:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla