Yuxarı

Ermənilərin Rusiyadakı əsas adamı odur - Duqin

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Rusiyadakı əsas adamı odur - Duqin

Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənləşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrılıqları mövcuddur. Buna misal kimi elitada Avrasiya meylli şəxslərlə Qərb meylli şəxslərin qarşıdurmasını göstərmək olar.

Axar.az xəbər verir ki, bu sözləri Virtualaz.org-a müsahibəsində rusiyalı ideoloq Aleksandr Duqin Rusiya XİN rəsmisinin Nikol Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edərkən bildirib.

"Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur! Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. Bircə Krım istisnadır" - o vurğulayıb.

Ekspertin fikrincə, buna təəccüblənmək lazım deyil, reallıq belədir:

“Lap bu günlərdə rusiyalı jurnalist və analitik Maksim Şevçenko “Exo Moskvı” radiosytansiyasının efirində bildirdi ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov RF-də əsas erməni lobbiçisidir. Ola bilsin ki, bu şişirdilmiş ifadədir, lakin Şevçenkonun bu cür kəskin ümumiləşdirmələri bəzən hədəfi vurur. Düşünürəm ki, Lavrov ifadələrini dövlət başçısı ilə razılaşdırır. Bir diplomat kimi o, kəskin bucaqları hamarlaya bilər, lakin çətin ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanınkı isə yoxdur”, - ekspert bildirib.

Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində gözləntilərlə bağlı isə Duqin deyib:

“Yaranmış vəziyyətdə Azərbaycanın, Rusiyanın və Ermənistanın yeni rəhbərliyinin nə etməli olduğunu bilmirəm. Moskva hazırda münaqişənin həlli variantları ilə bağlı çaşqınlıq içindədir”.

***

Günün aktual xəbərlərinin icmalı:

Tarix
2018.06.05 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla