Yuxarı

DQ və 7 rayon qayıtmalıdır: Duqin Kremlin fikrini dedi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:16

Rusiya siyasi elitasında Azərbaycana, eləcə də Dağlıq Qarabağ probleminin həllinə münasibətdə obyektivliyin ilkin işartıları görünməkdədir.

Bunu Axar.az-a Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini və Dağlıq Qarabağla bağlı fikirlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Cocuq Mərcanlıda belə bir tədbirin təşkil edilməsini çox yüksək qiymətləndirib:

“Orada səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərində inqilabi dəyişikliklərə səbəb olacaq. Xüsusən də Rusiyanın yüksək dövlət rəsmilərinin açıqlamaları göstərir ki, Rusiya-Azərbaycan arasındakı strateji bağlar inkişaf etməkdə və keyfiyyətcə yeni mərhələyə daxil olmaqdadır. Tədbirin Cocuq Mərcanlıda keçirilməsinin prinsipial əhəmiyyəti var. Bununla da açıq mesaj verildi ki, Bakı sülhün, dincliyin tərəfdarıdır və Cocuq Mərcanlıda aparılan dəyişikliklər də bunun bariz sübutudur. Xüsusilə də Duqin və Savelyevin Dağlıq Qarabağ və ətrafındakı rayonların qaytarılmasını birmənalı və açıq dilə gətirməsi birbaşa Moskvanın mövqeyini əks etdirir. Bu, açıq şəkildə BMT qətnamələrinin ruhuna uyğundur. Rusiya tərəfindən 7 rayonun qaytarılması təklifi Moskvanın ermənipərəst siyasətinə qarşı cəsarətli addım hesab oluna bilər. Belə nəticəyə gəlmək olar ki, səsləndirilən bu fikirlər gec-tez Rusiya xarici siyasətinin prioritetinə çevrilə bilər”.

Rusiya rəsmi hakimiyyət orqanlarının Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin beynəlxalq hüquq normalarına əsaslandığını qeyd edən politoloq çox önəmli bir məqama toxunub:

“Bir məsələni də xüsusilə qeyd etməliyik. Bu tədbirin Azərbaycan prezidentinin Rusiyaya gözlənilən səfəri ərəfəsində keçirilməsi Əliyev-Putin görüşündə mühüm razılaşmalara şahidlik edəcəyimizdən xəbər verir. Söhbət Azərbaycanla Rusiya arasında əlaqələrin daha yüksək mərhələyə qaldırılmasından gedir. Rusiyalı rəsmilər Azərbaycanın Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi olduğunu vurğuladılar. Bu, təsadüfi səsləndirilmiş fikir deyil və hər halda Kremlin müəyyən dairələrinin mövqeyini əks etdirir. Cəsarətlə deməliyik ki, Rusiya ictimai rəyində ciddi dönüşlər baş verir. Bunu Dağlıq Qarabağ probleminin həllinə doğru dönüş də adlandırmaq olar. Ən başlıcası isə odur ki, Rusiya Azərbaycanla münasibətləri yenidən qurmaq istəyir. Bu yenidənqurma iki ölkə əlaqələrini keyfiyyətcə yeni bir mərhələyə qaldıracaq”.

Qeyd edək ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib.

Tarix
2018.07.02 / 17:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla